Mübahisəli Laçın təxliyəsi

Cümə 26 Avqust 2022 - 18:19
https://az.iswnews.com/?p=12240

Ermənistanı Qarabağ bölgəsinə birləşdirən Laçın dəhlizinin əksər erməni sakinləri nəhayət avqustun 22-dək bu ərazini tərk ediblər. Amma Laçın şəhərinin Zabux və Sus kəndlərinin bir qrup sakini bu əraziləri tərk etməyə razı olmayıblar və bu məsələ Azərbaycan və Ermənistan medialarında mübahisəli mövzulara çevrilib.

Ermənilərin fikrincə, bu ərazinin boşaldılması nəzərdə tutulan tarixdən tez baş verir və Azərbaycan isə tez bir zamanda həyata keçirməyi öz haqqı hesab edir. Hazırda erməni mühacir vətəndaşlar öz ölkələrinə qayıdıb və Rusiya Laçın dəhlizindəki hərbi postları sökür. Azərbaycan Qarabağ bölgəsinə gedən dəhlizin yeni yaradılmış yolundan öz payını düzəldib, lakin Ermənistan bu yaxınlarda avqustun əvvəlindən yolun çəkilməsinə başlayıb və yəqin ki, bir ilə yaxın vaxt aparacaq.

Rusiya tərəfindən Laçında hərbi postların sökülməsi

Laçın necə boşaldıldı?

Bu ərazidə yaşayan əhalinin böyük hissəsi köçmək üçün 600 dollar müqabilində bu ərazini tərk etmiş, lakin bir qrup kişi ailələrini Ermənistana göndərsələr də, evlərini tərk etməkdən imtina etmişlər. Bir neçə nəfər də evlərinin əşyalarını daşıyarkən evlərini yandırıb, qapı-pəncərələri götürüblər. Ermənistan hökuməti Moskva razılaşmasında danışıqlar aparan tərəflərdən biri kimi iştirak etsə də, insanların təxliyəsi ilə bağlı öhdəliklərini yerinə yetirməkdən imtina edib. Ermənistanın Qondarma Dağlıq Qarabağ hökuməti bu vəzifəni öz üzərinə götürüb və buda Ermənistan parlamentində yerləşən müxaliflərin Paşinyana qarşı çıxmalarına səbəb olub.

Qondarma Dağlıq Qarabağ hökumətinin prezidenti Araik Harutunyan 2021-ci ildə Kəlbəcərin təxliyəsi zamanı baş verən kimi evlərin yanması və meşə yanğınlarının təkrarlanmaması üçün bu insanlara ev almaq üçün maliyyə yardımı vəd edib.

Qondarma Dağlıq Qarabağın nümayəndəsi Ayik Xanumyan bu evlərin yanmaması üçün hər ailəyə 20-30 min dollar ödənəcəyini açıqlayıb. Bu ianələrin aqibəti dünənəcən (25 avqust) bəlli deyildi və bu gündən sonra verilməsi qarara alınıb.

Qayan İsaxanyanın “Azadlıq” radiosunun erməni bölməsinə verdiyi məlumata görə, Rusiya sülhməramlıları qalan kişilərin ərazini tərk etməsi üçün işığı, suyu, telefon və interneti kəsiblər və onlarla ailə üzvləri arasında heç bir əlaqə yaratmaq imkanı olmayıb. Sonuncu şəxslər də Rusiya Federasiyasının təhlükəsizlik qüvvələrinin, Rusiya Federasiyasının hərbi polisinin, Qondarma Dağlıq Qarabağın yanğınsöndürmə briqadasının və polisinin iştirakı ilə bu ərazini tərk ediblər, lakin yenə də Laçın şəhərində və Zabux kəndində etirazçılar tərəfindən bir neçə yaşayış binası yandırılıb.

Bu ərazidə keçmiş müəllim olan Qayan İsaxanyanın sözlərinə görə, hazırda Zabuxdan çıxan ermənilər Ermənistana aid, Zabuxdan hündürdə olan və Zabuxa baxan Tağ kəndinə öz qohumlarının yanına köçüblər.

Azadlıq Radiosu ilə söhbəti zamanı Mixetar Narsisyan Dehyar Sus əlaqənin kəsilməsini və az sayda erməni ifratçısının evlərin yandırılmasının qarşısını almaq cəhdini təsdiqləyib. Ermənilər hətta qəbiristanlıqlarda qohumlarının qəbirlərini qazaraq cəsədlərinin qalıqlarını da özləri ilə aparıblar.

Daha çox oxuyun: Azərbaycan ordusu Laçın şəhərinə daxil oldu + VİDEO

Azərbaycan mediasının fitnəsi

Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev Laçın və Zabuxun tam boşaldılmasından bir neçə gün əvvəl rus sülhməramlıları ilə birlikdə bu ərazilərə səfər etmişdi. Onun iştirakı ilə bağlı reportajı Xəzər TV yayımlamışdır. Fətullayev Zabux məskunlaşmış caamatla söhbətində özünü beynəlxalq təşkilatın nümayəndəsi kimi təqdim edib və bu kəndin şura üzvləri ilə də söhbət edib. Qayıdandan sonra o, sadə insanların ərazini tərk etdiyini, orada bloggerlərin və Ermənistandan gələnlərin məskunlaşdığını iddia edib. O, həmçinin iddia edib ki, sülhməramlılar ona deyiblər: Qalan sakinlər ovçuluq və qanunsuz silahlarla silahlanıblar.

Təbii ki, bu azərbaycanlı media fəalının videoreportajını hazırlayarkən onun fitnə-fəsadını müşahidə edən Rusiya qüvvələri onun media komandasının Zabuxda çəkilişlərini davam etdirməsinə mane olub.

Avqustun 19-da Artsax TV bu reportajı Azərbaycan televiziyasında yayımlayarkən azərbaycanlı müxbirin olmasına etiraz edərək onun xəbərini yalan adlandırıb. Harutunyan deyib: “Bizim Artsaxda (Qarabağ) Bardzoz (Laçın) ilə heç bir əlaqəmiz yoxdur və Rusiya sülhməramlıları jurnalistlərimizin bu ərazidə olmasına mane olur”.

Kənd şurasının üzvlərindən olan Andranik Çavuşyan da sülhməramlılara güvəndiyini və Eynulla Fətullayevin azərbaycanlı olduğunu bilmədiyini deyib.

İllər ərzində Laçında nələr baş verdi?

Qarabağ bölgəsində və bu bölgənin şimalında yerləşən Şahumyan bölgəsinin erməniləri 1991-ci ildə keçirilən referendumda Azərbaycan Respublikasından müstəqilliklərini elan ediblər. Keçmiş sovet ittifaqının əksər bölgələrində təkrarlanan və Gürcüstan, Moldova, Özbəkistan, Tacikistan və Rusiyada vətəndaş müharibəsinə səbəb olan hadisə. Azərbaycanın rəsmi ordusu olmasa da, erməniləri sıxışdırmaq üçün Qarabağa hücuma keçdilər və bir il ərzində separatçılar çətin vəziyyətə düşdülər. Bu dövrdə Ermənistan yalnız hava yolu ilə o əraziyə silah və məhdud qoşun göndərdi.

Nəhayət, 1992-ci ildə Ermənistan Xankəndi (Stepanakert) şəhərinə çatmaq üçün Rusiyanın köməyi ilə erməni mühasirəsini yarmaq üçün indiki Laçın dəhlizi yolunu, Laçın, Şuşa şəhərlərini və marşrut boyu kəndləri ələ keçirdi. Bu müddət ərzində on minlərlə Azərbaycan vətəndaşı öz yurd-yuvasından didərgin düşüb, çox saylı nəfər isə öldürülüb və itkin düşüb.

1994-cü ildə atəşkəs əldə edildikdən sonra Azərbaycanın rəsmi sərhədlərinə yaxın Sünik vilayətində yaşayan bir qrup Ermənistan vətəndaşı Laçına köçüb.

Azərbaycanla Ermənistan arasında uzun illər aparılan danışıqlarda Laçının taleyi də müzakirə olunub. Paşinyanın baş nazirliyinə qədər danışıqlar o yerə çatmışdı ki, Azərbaycan işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadalı, Kəlbəcər və Ağdam rayonlarının boşaldılması müqabilində Dağlıq Qarabağın ayrılmasını rəsmiləşdirməyə və Laçın rayonunu təhvil verməyə razılaşmışdı. Lakin Azərbaycanın Şuşa şəhərinin boşaldılması şərti Ermənistan tərəfi tərəfindən qəbul edilmədi. Təbii ki, Rusiya Xarici İşlər Nazirliyi bu planı ciddi şəkildə dəstəkləmişdi.

Eyni zamanda, İlham Əliyev Qarabağ və Laçın torpaqlarını ermənilərə satmaqda ittiham olunurdu və bu məsələ ona olan tənqidlərin əsası hesab olunurdu.

2018-ci ildə erməni tərəfi nəhayət Şuşanı təhvil verməyə razılaşdı, lakin baş nazir Paşinyan hökumətində Ermənistanın şərtlərinə Kəlbəcərin təhvil verilməsi də əlavə edildi və bu, böhranın həlli üzrə ilkin danışıqları 44 günlük müharibəyə qədər təxirə saldı. Nəhayət ki, 2020-ci ilin noyabrında Moskvada atəşkəs sazişi imzalandı.

Baxmayaraq ki, bu şəhər və ətraf kəndlər 2020-ci ilin payız müharibəsində Azərbaycanın nəzarətinə keçmədi, lakin Rusiyanın təzyiqi ilə müharibəni dayandırıb müqavilə imzalansa da, Moskvanın bəyanatından və yeni Laçın dəhlizi yolunun tikintisindən üç il sonra Azərbaycana qaytarılmalı idi.

Daha çox oxuyun: Ötən həftə Qarabağ bölgəsində nələr baş verdi?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir