Sionist rejimi Suriyaya hava zərbələri endirib + FOTO və VİDEO

Cümə, 26 Avqust 2022 - 13:05
https://az.iswnews.com/?p=12228

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin qırıcı təyyarələri Suriyanın Həma və Tərtus əyalətlərindəki hədəflərə bir neçə raket zərbələri endiriblər.

Suriya hərbi mənbəsinin məlumatına görə, dünən 25 avqust tarixində cümə axşamı yerli vaxtla saat 19:15 radələrində İsrail Tərtus əyalətinin cənub-qərb istiqamətindən bir neçə raket ataraq Həma şəhəri və Tərtus şəhərinin kənarındakı hədəflərə hücum edib. Bu hücum iki mülki şəxsin yaralanması və maddi ziyanla nəticələnib.

Bu hücumun hədəflərindən birinin Həma vilayətində yerləşən Misyafdakı elmi araşdırma mərkəzi olduğu bildirilir. Bununla bağlı əlavə məlumat verilməyib.

Həmçinin avqustun 14-də İsrail qırıcıları Aralıq dənizi istiqamətindən, Baniasın qərbindən bir neçə raket ataraq Suriyanın bəzi mərkəzi hissələrini hədəfə almışdırlar.

Daha çox oxuyun: İsrail Suriyaya hava hücumu edib + VİDEO

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.