Suriyada baş verən son hadisələr, 14 Fevral 2022

Bazar ertəsi, 14 Fevral 2022 - 21:04
https://az.iswnews.com/?p=1222

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İdlibin qərb kənarında yerləşən Badama şəhəri sakini Rəşid Rza Ər-Rifai adlı suriyalı uşaq türk sərhədçiləri tərəfindən öldürülüb.

1- Hələb:

  • Fevralın 10-da Türkiyə ordusu Təl Rifat şəhərində kürd silahlılarının mövqelərini hədəfə almaq üçün PUA-dan istifadə edib.
  • Fevralın 13-də SDQ qüvvələrinin Cerablus kənarında artilleriya hücumları nəticəsində 5 mülki şəxs yaralanıb.

2- İdlib:

  • Fevralın 12-də İdlibin qərb ətraflarında yerləşən “Badama” şəhərindən olan “Rəşid Rza Əl-Rifai” adlı suriyalı uşaq Türkiyə sərhədçiləri tərəfindən öldürülüb.
  • Fevralın 12-də Suriya ordusunun Maar ən-Nassan şəhərinə artilleriya hücumları nəticəsində 5 mülki şəxs həlak olub.
  • Fevralın 13-də Suriya ordusunun Cəbəl əz-Zəviyəyə artilleriya hücumu zamanı bir terrorçu öldürülüb.
  • Fevralın 13-də Suriya ordusu artilleriya hücumları ilə Sefuhan, Əl-Fatirə və Kəfr Avaid kəndlərində terrorçuların mövqelərini hədəfə alıb.

3- Dəməşq:

  • Fevralın 9-u səhər saatlarında sionist rejim hava və raket hücumları ilə Dəməşq ətrafında yerləşən bəzi obyektləri hədəfə alıb. Bu hücumlar nəticəsində 1 Suriya əsgəri şəhid olub, daha 5 əsgər isə yaralanıb.
  • Fevralın 11-dən indiyədək 290-dan çox terrorçu və qaçaq əsgər öz vəziyyətlərini müəyyən etmək üçün Dariadakı Suriya-Rusiya Barışıq Mərkəzinə müraciət ediblər.

4- Deyr əz-Zor:

  • Fevralın 13-də Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən Əl-Cəmil qəbiləsinin doqquz üzvünün həbsindən sonra SDQ-nin Bəsirə şəhərindəki qərargahına hücum edilib və şiddətli qarşıdurma baş verib. SDQ və ABŞ koalisiyasının əlavə qüvvələrinin Bəsirəyə gəlməsi xəbərinin yayılmasından sonra qarşıdurmalar sakitləşib.
  • Fevralın 13-də Deyr əz-Zorun şərq kənarında yerləşən Əl-Susa şəhərində bir uşaq minaya düşərək yaralanıb.
  • Noyabrın 11-də ABŞ koalisiyasının helikopterləri Ğəranic ərazisi üzərində uçuşlar həyata keçirib.
  • Fevralın 12-də İŞİD üzvlərinin Əl-Şəhil şəhərində SDQ-nin qərargahına hücumu nəticəsində 5 SDQ üzvü öldürülüb.

5- Həsəkə:
Fevralın 12-də Türkiyə ordusuna məxsus PUA Darbasiya-Amuda yolunda mülki avtomobili hədəfə alıb, ən azı bir mülki şəxs ağır yaralanıb.

6- Raqqa:

  • Fevralın 12-də Rusiya qırıcıları Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarını hədəfə alıb.
  • Fevralın 13-də Türkiyənin dəstəklədiyi terrorçular M4 şossesini və Eyn İsa şəhərinin ətrafını artilleriya ilə hədəfə albılar.
  • Fevralın 13-də Türkiyənin dəstəklədiyi terrorçular Təl Abyad şəhəri ətrafındakı əraziləri artilleriya hücumları ilə hədəfə albılar.

7- Dəraa:
Fevralın 12-də Təfs şəhərində naməlum şəxslər tərəfindən Barışıq Komitəsinin üzvü və terrorçuların iki keçmiş üzvü qətlə yetirilib.

8- Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrailin Suriya daxilindəki hədəflərə hücumları ciddi narahatlıq doğurur və Suriyanın suverenliyinin açıq şəkildə pozulmasıdır.

9- Fevralın 13-də Rusiyanın Suriyadakı Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində 6 dəfə atəşkəsi pozublar, onlardan 1-i Hələb vilayətində, 2-si Latakiya vilayətində və 3-ü İdlib vilayətinin özündə baş verib.

Yüksək keyfiyyətli xəritə
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.