Fələstində baş verən son hadisələr, 25 Avqust 2022

Cümə axşamı, 25 Avqust 2022 - 23:40
https://az.iswnews.com/?p=12168

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin Daxili Təhlükəsizlik Təşkilatı (Şabak) işğal altındakı Qüdsdə Həmas-a bağlı bir komandanı həbs etdiyini iddia edib.

– Sionist rejimin məhkəməsi əsir olan İslami Cihadın rəhbərlərindən olan Şeyx Bəssam Əs-Səədinin həbs müddətini məhkəmə prosesini başa çatdırmaq bəhanəsi ilə gələn bazar gününə qədər uzadıb.

– Amerika Konqresinin bir neçə nümayəndəsi Fələstin Mədəniyyət Mərkəzlərinin ofislərinə hücumu və onların İsrail hökuməti tərəfindən bağlanmasını qınayıb.

– Sionist rejimin 13-cü kanalı İranla nüvə razılaşması ilə bağlı İsrailin baş naziri Yair Lapid ABŞ prezidenti Co Baydenlə təcili müzakirə və məsləhətləşmələr üçün koordinasiya yaratmağa çalışdığını elan etdi, lakin Ağ Ev bu tələbə belə cavab verib ki, prezident istirahət edir, sonra zəng edərsiniz.

– Sionist rejimin Daxili Təhlükəsizlik Təşkilatı (Şabak) işğal altındakı Qüdsdə HƏMAS-a bağlı bir komandanı həbs etdiyini iddia edib. Şabakın açıqlamasına görə, bu komanda radikal Knesset üzvü İtmar Ben Qafiri öldürmək niyyətində olub.

– Avqustun 25-də İordan çayının qərb sahilində yerləşən Barqin kəndində fələstinli müqavimət döyüşçüləri ilə İsrail əsgərləri arasında baş verən silahlı qarşıdurma zamanı sionist rejimin təhlükəsizlik qüvvələrindən biri ağır yaralanaraq xəstəxanaya aparılıb.

– Sionist rejimin baş naziri Yair Lapid bəyan edib ki, İranla nüvə sazişi pis razılaşmadır və biz bunun əleyhinəyik və bu razılaşmaya əməl etməyəcəyik.

– Avqustun 24-də İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds qüvvələri Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində hərbi parad keçirib.

– Avqustun 24-də Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxxalə Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb. Bu görüşdə tərəflər Fələstində, xüsusilə Qəzza zolağında baş verən son hadisələri müzakirə ediblər.

– Sionist rejimin müharibə naziri Benni Qantz Beersəbo şəhərində yerləşən kiber kəşfiyyat və tədqiqatlar mərkəzinə səfəri zamanı iddia edib ki, İranla yeni razılaşma dünya və Qərbi Asiya regionunun təhlükəsizliyinə təhdiddir.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.