Türkiyə ordusunun Neynəva vilayətinin şimalındakı bazasına raket hücumu olub

Cümə axşamı 25 Avqust 2022 - 22:12
https://az.iswnews.com/?p=12165

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Neynəva vilayətinin şimalında yerləşən Zelkan bölgəsindəki hərbi bazası İraq müqavimət dəstələrinin raket hücumu ilə hədəfə alınıb.

Avqust ayının 25-də Türkiyə ordusunun Bəəşiqə hərbi bazası Mosulun şimalında yerləşən Zelkan bölgəsində 50 Fəcr-1 raketi ilə hədəfə alınıb. Hələlik heç bir dəstə bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bu hücum nəticəsində 4 türk əsgərinin həlak olduğu bildirilir. Türkiyə rəsmiləri və hərbi komandirləri bu hücumla bağlı hələlik şərh verməyiblər.

“İslam Dünyası Xəbərləri”nin hesablamalarına görə, bu, cari ilin əvvəlindən bəri Bəəşiqə hərbi bazasına qarşı 14-cü raket hücumudur.

Həmçinin avqustun 15-də Bəəşiqə hərbi bazası İslami müqavimət briqadası “Əhrar Əl-İraq” dəstəsi tərəfindən raket hücumuna məruz qalmışdır.

Daha çox oxuyun:

Türkiyə ordusunun İraqın şimalındakı bazasına raket hücumu olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir