Sənaada partlayış, İsrail hava hücumu və ya uğursuz raket transferi? + FOTO

Cümə axşamı, 25 Avqust 2022 - 02:42
https://az.iswnews.com/?p=12130

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim ordusunun baş qərargah rəisi Aviv Koxavinin son açıqlamaları İsrailin Yəmənin paytaxtı Sənaada Ənsarullahın mövqelərinə hücumu ilə bağlı fərziyyələri gücləndirib.

Sionist mediaları İsrail ordusunun Sənaa şəhərindəki Ənsarullah mövqelərinə hava hücumu ilə bağlı qeyri-rəsmi xəbərlər yayımlayıblar. Bu rejim ordusunun baş qərargah rəisi Aviv Koxavi iddia edib ki, Qəzzada Fələstin İslami Cihad qruplaşmasına qarşı son hərbi əməliyyatımızla eyni vaxtda 3-cü ölkəyə (yəqin ki, Yəmən) hava hücumu etmişik. Koxavi işğal altındakı Fələstin ərazilərində keçirilən hərbi konfrans zamanı hücumun təfərrüatlarına toxunmadan İsrail ordusunun Qəzza zolağında İslami Cihad ilə son qarşıdurma zamanı üçüncü ölkədə əməliyyat keçirdiyini bildirmişdir.

Koxavinin müəmmalı istinadı avqustun 7-də Sənaanın şərqində yerləşən Cəbəl-Nəqm ətrafındakı Əl-Hifa bazasında baş verən partlayışın mahiyyəti ilə bağlı fərziyyələrə səbəb olub ki, İsrail qırıcılarının hava hücumuna məruz qalıb. Onuda qeyd edək ki, sionist mediaları bu yaxınlarda Ənsarullaha qarşı ağır psixoloji müharibəyə başlayıblar. Yəməndəki müqavimətə qarşı media hücumu da Səudiyyə koalisiyası medialarının əməkdaşlığı ilə müşayiət olundu və bu medialar İran tərəfindən göndərilən raketlərin uğursuz sınağını və bu partlayışda altı iranlı və Hizbullah müşavirinin həlak olduğunu iddia etdilər.

Ənsarullahın səlahiyyətliləri hələlik bu xəbərə rəsmi münasibət bildirməyib və bəzi Yəmən mediaları partlayışı köhnə sursatların məhv edilməsi ilə əlaqələndiriblər. Ümumilikdə bu partlayışın etibarlı təfərrüatları indiyədək dərc olunmayıb və Ənsarullah mediası açıqlama verənə qədər ərəb və sionist medialarının iddialarına etibar etmək olmaz.

İsrailin Ənsarullahın mövqelərinə təcavüzü vəziyyətində sionistlərə cavab vermək üçün bu Yəmən hərəkatının bir neçə variantı var, o cümlədən Qırmızı dənizdəki İsrail gəmilərinə, Eritreyadakı İsrail kəşfiyyat bazasına (Emba Suvira dağında yerləşir), BƏƏ və İsrailin Sokotri yarımadasındakı birgə bazalarına və s. hücum etmək.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.