ABŞ hərbi hava qüvvələri Deyr əz-Zor əyalətindəki hədəflərə hücum edib

Cümə axşamı, 25 Avqust 2022 - 01:58
https://az.iswnews.com/?p=12125

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika terrorçularının Qərbi Asiyadakı qərargahı (CENTCOM) ABŞ ordusunun Suriyanın şərqində yerləşən Deyr-əz zor əyalətindəki hədəflərə Amerika prezidentinin əmri ilə hava zərbəsi endirdiyi barədə bəyanat yayıb.

Avqustun 23-də ABŞ prezidenti Co Baydenin göstərişi ilə ABŞ hərbi qüvvələri Suriyanın Deyr əz-Zor əyalətindəki hədəflərə hava zərbələri endirib.

ABŞ ordusunun Qərbi Asiyadakı terror qərargahının (CENTCOM) iddiasına görə, “Bu hədəflər İranın dəstəklədiyi qüvvələrə və müqavimət cəbhəsinə aid idi. Bu hücum avqustun 15-də İranın dəstəklədiyi qüvvələrin Amerika mövqelərinə hücumuna cavab olaraq həyata keçirilib və bu hücumlar Amerika qüvvələrinin müdafiəsi üçün zəruri idi. Birləşmiş Ştatlar münaqişəyə can atmır, lakin öz qüvvələrini qorumaq və müdafiə etmək üçün lazımi tədbirləri görməyə davam edəcək”.

Centcom-un bəyanatında bu hücumun hədəfləri qeyd olunmayıb, lakin Amerikanın hücumları ilə eyni vaxtda yerli mənbələr Deyr əz-zor şəhərinin şimal ətraflarında yerləşən Əyyaş kəndində sursat anbarına hava hücumu və yanğın baş verdiyini bildirib. Bununla əlaqədar olaraq Deyr əz-Zor sakinləri dünən səhər saatlarında çoxsaylı partlayış səsləri barədə məlumat veriblər.

Onlayn xəritədə Əyyaş kəndinin yerinə baxın

Əyyaş kəndində baş verən yanğının videosu

Xatırladaq ki, avqustun 15-də Amerika koalisiyasının Suriyadakı mövqelərinə iki hücum olmuşdur. İlk hücumda, yerli vaxtla səhər saat 06:30 radələrində Homs əyalətindəki Ət-Tənəf Amerika bazası dron hücumu ilə hədəfə alınmışdır.
Yerli vaxtla saat 21:00-da Suriyada Amerika hərbçilərinə qarşı ikinci hücum həyata keçirilmiş və Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri raket hücumu ilə hədəfə alınmışdır. Hələlik heç bir dəstə bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Daha çox oxuyun:
İraq müqavimət dəstələri Suriyanın cənubundakı Ət-Tənəf Amerika bazasına dron hücumu ediblər + FOTO
Amerika koalisiyasının Deyr-əz zor vilayətindəki bazasına raket hücumu olub + FOTO

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.