Yəməndə baş verən son hadisələr, 13 Fevral 2022

Bazar, 13 Fevral 2022 - 23:58
https://az.iswnews.com/?p=1211

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin verdiyi xəbərə görə, Əl-Hudəydə əyalətinin cənubunda mina partlaması nəticəsində 4 mülki şəxs şəhid olub və yaralanıb.

1- Əl-Həccə:

  • Ənsarullahın Hərəz şəhərinin mühasirəsini yarmaq üçün etdiyi hücumlar Səudiyyə koalisiya qüvvələrinin Əl-Məhsam bazasından və ətraf kəndlərdən geri çəkilməsinə səbəb olub. Amma Hərəz ətrafında qarşıdurmalar davam edir və iki tərəfin ərazilər üzərində nəzarəti hələdə müəyyən edilməyib.
  • Hazırda Cəbəl Əl-Hiccə, Cəbəl Əl-Məhsam, Əl-Məhsam bazası, Əl-Husila kəndi, Əl-Əvcəra və Ər-Rahə məntəqələri Ənsarullah mücahidlərinin nəzarəti altındadır.

2- Səudiyyə koalisiyasının hava hücumları:

Səudiyyə koalisiyasının qırıcı təyyarələri son 48 saat ərzində Ənsarullahın nəzarətində olan əraziləri 38 dəfə bombalayıb.

Bu hücumlar aşağıdakılardır: Həccə əyalətində 26 dəfə Hərəz şəhəri, Səna əyalətində 3 dəfə Bəni Həşiş şəhəri, bir dəfə Bəni Mətər şəhəri, 2 dəfə Əl-Səvrə şəhəri, bir dəfə Əl-Səbin şəhəri, Səədə əyalətində 3 dəfə Razih şəhəri, iki dəfə Kətaf və Əl-Zahir şəhərləri.

3- Əl-Hudəydə:

  • Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində Əl-Hudəydə əyalətində 523 dəfə atəşkəsi pozub.
  • Əl-Təhita şəhərinin Əl-Musəlləb kəndində minanın patlaması nəticəsində bir mülki şəxs şəhid olub, üç azyaşlı uşağı yaralanıb.

4- Səədə:

  • Səudiyyə koalisiyasının artilleriyasının Əl-Şəda və Əl-Raqu şəhərlərinə hücumları nəticəsində bir mülki şəxs şəhid olub, beş nəfər isə yaralanıb.
  • Ənsarullah Ələb keçidinin cənubunda Səudiyyə koalisiya qüvvələrinin hücumunu dəf edib.
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.