Suriyada baş verən son hadisələr, 23 Avqust 2022

Çərşənbə axşamı 23 Avqust 2022 - 22:03
https://az.iswnews.com/?p=12097

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın cənubundakı Quneytərə əyalətinin Əl-Muuliqə qəsəbəsində Rusiya hərbi patrul karvanının yolunda baş verən partlayış nəticəsində bir neçə rus əsgəri ölüb və yaralanıb.

1- Hələb:
– Avqustun 22-də Eyn Əl-Ərəb şəhəri ətrafında Rusiya və Türkiyənin 109-cu birgə hərbi patrul xidməti həyata keçirilib.
– Avqustun 22-də Rusiya ordusunun helikopteri Eyn Əl-Ərəb şəhərinin şərq ətrafının Rusiya və Türkiyə arasında birgə hərbi patrulun yolunu kəsən bir sıra sakinlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
– Avqustun 23-də Hələbin qərbində yerləşən Kəfər-Təal kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.

2- İdlib:
– Avqustun 23-də İdlibin cənubunda yerləşən Şanan kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
– Avqustun 23-də İdlib əyalətinin cənub ətrafında yerləşən Cəbəl Əz-Zaviyədəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriyasının hədəfinə çevrilib.

3- Dəraa:
– Avqustun 22-də Dəraa şəhərinin Əs-Sənaə meydanı yaxınlığında bomba yüklü avtomobilin partlaması nəticəsində Suriya təhlükəsizlik qüvvələrindən biri şəhid olub.
– Avqustun 21-də terrorçu qüvvələrin keçmiş üzvlərindən biri “Təysir Ən-Nizami” Təsil şəhərində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

4- Homs:
Avqustun 22-də Amerika koalisiya qüvvələri Homs əyalətindəki Əə-Tənəf Amerika bazası yaxınlığında naməlum dronu vurub.

5- Raqqa:
Avqustun 22-də Suriya Ordusu Ət-Təbqə hava limanından Raqqanın şimalındakı Eyn İsa şəhərinə hərbi karvan göndərib.

6- Həsəkə:
– Avqustun 22-də Amerika koalisiya qüvvələri Əş-Şəddadi şəhərində yerləşən hərbi bazada təlim keçirib.
– Avqustun 22-də kürd silahlıları Hasəkənin şimalında yerləşən Amuda şəhərində “Kenyur Hac Qasim” adlı gənci Türkiyə ordusu ilə əməkdaşlıq ittihamı ilə həbs ediblər.

7- Dəməşq:
Avqustun 22-də Suriya ordusunun 4-cü diviziyasının qüvvələrindən biri Dəməşqin Beyt Can bölgəsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

8- Quneytərə:
Avqustun 23-də Suriyanın cənubundakı Quneytərə əyalətinin Əl-Muuliqə qəsəbəsində Rusiya hərbi patrul karvanının yolunda baş verən partlayış nəticəsində bir neçə rus əsgəri ölüb və yaralanıb.

9- Avqustun 22-də Türkiyənin Müdafiə Nazirliyi “Sülh Çeşməsi” adlı əməliyyat bölgəsində üç kürd silahlısının həlak olduğunu açıqladı.

10- Avqustun 23-də Suriyada Rusiya Barışıq Mərkəzi elan edib: Terrorçular İdlib bölgəsində iki dəfə atəşkəsi pozublar, bunlardan 1-i Latakiya vilayətində, digəri isə Hələb əyalətində baş verib.

11- Avqustun 22-də Sərdar Əbülfəzl Əlicani adlı İranlı Hərəm-Müdafiəçisinin şəhadət xəbəri yayıldı. Şəhid Əlicani İran İslam İnqilabı Keşikçiləri Korpusunun İsfahandakı Quru Qoşunlarının Həzrət Əmirəl-Möminin (ə) Elm və Texnologiya Universitetinin zabitlərindən və Suriyadakı iranlı müşavirlərdən biri idi ki, öz missiyasını icra edərkən şəhid oldu və çox sayda şəhid olmuş hərbçi yoldaşlarına qovuşdu.

Daha çox oxuyun: Suriyada İranlı Hərəm-Müdafiəçisi şəhid oldu

12- Avqustun 23-də Suriya xarici işlər naziri Feysəl Əl-Miqdad Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb və müzakirə edib.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir