Heyrətan sərhəd-keçid məntəqəsində Taliban və Özbəkistan arasında qarşıdurma olub

Çərşənbə 24 Avqust 2022 - 11:38
https://az.iswnews.com/?p=12093

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi yerli mənbələrə istinadən xəbər verir ki, Bəlx vilayətinin şimalında Taliban silahlıları ilə Özbəkistan sərhədçiləri arasında baş vermiş sərhəd toqquşması nəticəsində Özbəkistan sərhədçiləri tərəfindən beş Taliban silahlısı öldürülüb və yaralanıb, altısı isə əsir götürülüb.

Bu toqquşma avqustun 22-də Heyrətan keçid məntəqəsi və Şortəpe şəhərinin sərhəd bölgələrində baş verib və bu toqquşma zamanı iki Taliban silahlısı öldürülüb, üçü yaralanıb. Həmçinin, altı Taliban silahlısı Özbəkistanın sərhəd qüvvələri tərəfindən əsir götürülüb və onların taleyi barədə hələlik məlumat yoxdur. Özbəkistanın bu münaqişədə itkiləri ilə bağlı təfərrüatlar açıqlanmayıb və bu ölkənin rəsmi orqanları hələlik bu xəbərə reaksiya verməyiblər.

Qeyd edək ki, bu, Talibanla Özbəkistan arasında ikinci sərhəd münaqişəsidir və bu il mayın 3-də eyni ərazilərdə silahlı qarşıdurma və atışma olmuşdur, nəticədə insan tələfatı olmamışdır.

Daha çox oxuyun:
İŞİD Özbəkistan sərhəd-keçid məntəqəsinə raketlərlə hücum edib + VİDEO
Əfqanıstandan Özbəkistana ikinci raket hücumu + video və şəkillər
Taliban Özbəkistan və Tacikistana raket hücumu həyata keçirənləri həbs edib + ŞƏKİL və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir