Suriyada İranlı Hərəm-Müdafiəçisi şəhid oldu

Çərşənbə axşamı 23 Avqust 2022 - 17:35
https://az.iswnews.com/?p=12053

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranlı Hərəm-Müdafiəçisi Sərdar Əbülfəzl Əlicani Suriyada öz məsləhətçi missiyasını yerinə yetirən zaman şəhid oldu.

İranlı “Əbülfəzl Əlicani” adlı Hərəm-Müdafiəçisinin şəhid olması xəbəri yayılıb. Şəhid Əlicani İslam İnqilabı Keşikçiləri Korpusunun İsfahandakı Quru Qoşunlarının Həzrət Əmirul Möminin Elm və Texnologiya Universitetinin (ə) zabitlərindən və Suriyadakı iranlı müşavirlərdən biri idi. O, İsfahan vilayətinin Dorçe şəhərindən idi. Əlicani dünən 22 avqust tarixində səhər çağında Suriyada şəhid olub.

Bu ana qədər onun şəhadətinin yeri və necəliyi ilə bağlı ətraflı məlumat verilməyib. Bu şəhidin pak cənazəsinin qaytarılması və dəfn olunması prosesi ilə bağlı yaxın vaxtlarda məlumat veriləcək.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir