Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz Yetmiş Doqquzuncu Günü, 21 Avqust 2022

Bazar, 21 Avqust 2022 - 14:07
https://az.iswnews.com/?p=11987

– Moskva ətrafında yerləşən Bolşye Vyaziomi kəndi yaxınlığında məşhur rus filosofu, Rusiya prezidenti Vladimir Putinin müşaviri Aleksandr Duqinin maşınına yerləşdirilmiş bombanın partlaması nəticəsində onun qızı Daria Duqin öldürüldü.
Çox güman ki, bu partlayışın hədəfi Duqinin özü olub, lakin o, naməlum səbəbdən yolda avtomobilindən düşüb və partlayış qızı avtomobilin içərisində olan zaman baş verib.
Hələlik heç bir qrup və ya təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib və Rusiya rəsmiləri bununla bağlı açıqlama verməyib. Amma Rusiya mediaları və analitikləri bu terror aktını törətməkdə Ukrayna və ya Amerika kəşfiyyat orqanlarını ittiham ediblər.
Aleksandr Duqin Avrasiya Partiyasının lideri və Rusiyada millətçilik nəzəriyyəçilərindən biridir. O, Rusiyanın dünya arenasında hücumçu yanaşmasının tərəfdarıdır və Rusiyanın Ukrayna ilə müharibəsini dəstəkləyib. Duqin 2015-ci ildən Qərb ölkələri tərəfindən anti-Qərb baxışları və fikirlərinə görə sanksiyalara məruz qalıb.

– Rusiya Müdafiə Nazirliyinin Ukrayna müharibəsi zamanı Ukrayna ordusunun itkiləri ilə bağlı statistikası (tarix: 24 fevral – 21 avqust 2022):
Ukraynada müharibə başlayandan indiyədək 267 hərbi təyyarə, 148 helikopter, 1785 dron, 367 hava hücumundan müdafiə sistemi, 4359 tank və digər zirehli texnika, 810 reaktiv yaylım atəşi sistemi, 3323 səhra topu və minaatan, 4984 xüsusi hərbi texnika məhv edilib.

– Ukrayna mətbuatının Ukrayna müharibəsi zamanı Rusiya ordusunun itkiləri və ona dəymiş ziyanları ilə bağlı statistikası (tarix: 24 fevral – 21 avqust 2022):
45.200-dən çox rusiyalı hərbçi öldürülüb və yaralanıb. 1912 tank, 4224 hərbi maşın, 1028 top, 266 reaktiv yaylım atəşi sistemi, 141 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 197 helikopter, 3143 ağır texnika və yanacaq tankeri, 15 yüngül sürətli qayıq və döyüş gəmisi, 806 dron məhv edilib.

– Rusiya mətbuatının iddiasına görə, Rusiya artilleriyasının Mykolaiv vilayətində yerləşən Blaxudatne şəhərindəki Ukrayna hərbçilərinin mövqelərinə dəqiq hücumlarından sonra bu ərazi nəhayət Rusiya ordusu tərəfindən tamamilə ələ keçirilib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya hərbçilərinin Blaxudatnenin cənub hissəsini ələ keçirə bildiyini etiraf etmişdir.
Qeyd edək ki, dünən səhər saatlarından etibarən Rusiya ordusu “Orlan-10” dronlarından istifadə etməklə artilleriya atəşlərini istiqamətləndirərək Ukrayna ordusunun bu ərazidəki mövqelərinə hədəfli hücumlara başlayıb.
Onlayn xəritədə Blaxudatne şəhərinin yerinə baxın

– Ukrayna ordusunun qüvvələri Lısiçansk şəhərindəki yardım mərkəzini artilleriya hücumu ilə hədəfə alıb. Bu hücum nəticəsində bir neçə mülki şəxs yaralanıb, bəzi təcili yardım maşınlarına ciddi ziyan dəyib.
Bu məntəqədən Ukrayna ordusunun nəzarətində olan ərazilərə qədər olan məsafə təxminən 12 kilometrdir.
Onlayn xəritədə yardım mərkəzinin yerinə baxın

– Avqustun 19-da Ukrayna hərbçiləri drondan artilleriya atəşini istiqamətləndirərək Zaporojjya vilayətində Rusiya ordusuna məxsus “Zoopark-1” məlumat toplama sistemini hədəfə alıb və məhv edib.
Zoopark-1 radarı düşmənin artilleriyasının mövqeyini aşkar etmək məqsədi ilə dizayn və istehsal edilib və ilk atəşdən sonra 20 km-ə qədər olan minaatan bölmələrini, 15 km-ə qədər artilleriya bölmələrini, 30 km-ə qədər raketatan qurğularını (MLRS) və 40 km-ə qədər olan taktiki raket bölmələrini aşkar edə bilir.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1 – Gün 2 – Gün 3 – Gün 4 – Gün 5 – Gün 6 – Gün 7 – Gün 8 – Gün 9 – Gün 10 – Gün 11 – Gün 12 – Gün 13 – Gün 14 – Gün 15 – Gün 16 – Gün 17 – Gün 18 – Gün 19 – Gün 20 – Gün 21 – Gün 22 – Gün 23 – Gün 24 – Gün 25 – Gün 26 – Gün 27 – Gün 28 – Gün 29 – Gün 30 – Gün 31 – Gün 32 – Gün 33 – Gün 34 – Gün 35 – Gün 36 – Gün 37 – Gün 38 – Gün 39 – Gün 40 – Gün 41 – Gün 42 – Gün 43 – Gün 44 – Gün 45 – Gün 46 – Gün 47 – Gün 48 – Gün 49 – Gün 50 – Gün 51 – Gün 52 – Gün 53 – Gün 54 – Gün 55 – Gün 56 – Gün 57 – Gün 58 – Gün 59 – Gün 60 – Gün 61 – Gün 62 – Gün 63 – Gün 64 – Gün 65 və 66 – Gün 67 – Gün 68 – Gün 69 – Gün 70 – Gün 71 – Gün 72 – Gün 73 – Gün 74 – Gün 75 – Gün 76 – Gün 77 – Gün 78 – Gün 80 – Gün 81 – Gün 82 – Gün 83 – Gün 84 – Gün 85 – Gün 86 – Gün 87 – Gün 88 – Gün 89 – Gün 90 – Gün 91 – Gün 92 – Gün 93 – Gün 94 – Gün 95 – Gün 96 – Gün 97 – Gün 98 – Gün 99 – Gün 100 – Gün 101 – Gün 102 – Gün 103 – Gün 104 – Gün 105 – Gün 106 – Gün 107 – Gün 108 – Gün 109 – Gün 110 – Gün 111 – Gün 112 – Gün 113 – Gün 114 – Gün 115 – Gün 116 – Gün 117 – Gün 118 – Gün 119 – Gün 120 – Gün 121 – Gün 122 – Gün 123 – Gün 124 – Gün 125 – Gün 126 – Gün 127 – Gün 128 – Gün 129 – Gün 130 – Gün 131 – Gün 132 – Gün 133 – Gün 134 – Gün 135 – Gün 136 – Gün 137 – Gün 138 – Gün 139 – Gün 140 – Gün 141 – Gün 142 – Gün 143 – Gün 144 – Gün 145 – Gün 146 – Gün 147 – Gün 148 – Gün 149 – Gün 150Gün 151Gün 152Gün 153Gün 154Gün 155Gün 156Gün 157Gün 158Gün 159Gün 160Gün 161Gün 162Gün 163Gün 164Gün 165Gün 166Gün 167Gün 168Gün 169Gün 170Gün 171Gün 172 Gün 173Gün 174Gün 175Gün 176Gün 177Gün 178

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.