Yeni qurulan İraq müqavimət dəstəsi Küveytdəki Amerika ordusuna aid aviabazaya dron hücumundan xəbər verib + VİDEO və FOTO

Bazar 21 Avqust 2022 - 06:38
https://az.iswnews.com/?p=11961

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, yeni yaradılan “Təşkilul-Varisin” müqavimət dəstəsi ABŞ ordusunun Küveytdə yerləşən Əli Əs-Salim aviabazasındakı mövqelərinə dron hücumu ilə bağlı bəyanat yayıb.

“Təşkilul-Varisin” müqavimət dəstəsi dünən (20 avqust tarixində) səhər saatlarında Küveytdəki Əli Əs-Salim aviabazasında Amerika hərbçilərinin mövqelərinə hücumla bağlı video və bəyanat yayaraq xəbər verib.

Bu iraqlı dəstənin bəyanatına əsasən, bu hücum 12 avqust 2022-ci il (yerli vaxtla) saat 06:30-da “Qasim” adlı bir neçə kamikadze dronları vasitəsilə həyata keçirilib.

“Təşkilul-Varisin” müqavimət dəstəsi öz bəyanatında şəhid komandirlər Hacı Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndis ilə əhdi yeniləyib və elan edib ki, biz sizin cihadınızın varisləriyik, ona görə də sizin terrorunuzda iştirak edənləri hədəfə alacağıq.

Digər tərəfdən Küveyt mediaları Amerika hərbçilərinin Əli Əs-Salim aviabazasındakı yerləşdiyi yerə dron hücumu ilə xəbəri təkzib edərək, Küveytin hava hücumundan müdafiəsinin güclü olduğunu və istənilən təcavüzün qarşısını almağa qadir olduğunu açıqlayıb. Bu medialar Küveytin hava məkanına heç bir müdaxilənin olmadığını və ölkənin hava məkanının qorunması üçün bütün tədbirlərin görüldüyünü iddia edib.

Qeyd edək ki, yeni yaradılmış “Təşkilul-Varisin” müqavimət dəstəsi region ölkələrində bəzi hərbi obyektlərə dron hücumundan istifadə edən ikinci İraq müqavimət dəstəsidir. 2021-ci il yanvar ayının 23-ü və 2022-ci il fevral ayının 2-də “Əlviyətu Vəədul-Həq” müqavimət dəstəsi BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi hədəflərə dron hücumları ilə bağlı bəyanat yaymışdır.

“Təşkilul-Varisin” müqavimət dəstəsi tərəfindən yayımlanan video
“Təşkilul-Varisin” müqavimət dəstəsinin bəyanatı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir