Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz Yetmiş Səkkizinci Günü, 20 Avqust 2022

Şənbə 20 Avqust 2022 - 16:07
https://az.iswnews.com/?p=11928

– Bu yaxınlarda Ukrayna ordusu tərəfindən vurulan Rusiya ordusuna məxsus 12277 nömrəli Orlan-10 dronunun qalıqlarının görüntüləri.

– Ukraynaya məxsus kamikadze dronu Sevastopol limanına hücum edib

Bu gün səhər saatlarında Ukrayna ordusuna məxsus dron Rusiya müdafiə sistemlərinin səddini keçdikdən sonra Sevastopol şəhərində Qara dəniz donanmasının qərargahı yaxınlığında kamikadze hücumu edib. Sevastopol qubernatorunun sözlərinə görə, müdafiə sistemləri bu dronu müəyyən edib məhv edə bilməyib. Həmçinin, bu dronun hücumu nəticəsində heç bir itki olmayıb və ciddi dağıntılar müşahidə olunmayıb.

Dağıntıların şəkilləri və dronun növü hələ müəyyən edilməyib. Bundan əvvəl, bu il iyunun 22-də oxşar dron Rusiyanın qərbindəki Rostov vilayətinin sərhəd bölgələrində yerləşən Novaşaxtinsk sərhəd neft emalı zavoduna hücum etmişdi. Bəzi rus mənbələri bu dronun tipini son vaxtlar kamikadze kimi istifadə edilən PD-1 kəşfiyyat dronu (Ukrayna istehsalı) kimi qeyd ediblər.

– ABŞ Müdafiə Nazirliyinin hesabatına görə, bu ölkənin 775 milyon dollarlıq yeni hərbi yardım paketi yaxın günlərdə Ukraynaya göndəriləcək. Bu paket ABŞ-ın Ukraynaya 19-cu hərbi və silah yardım paketidir.
Yeni silah paketinə naməlumu sayda Himars reaktiv yaylım atəşi sistemləri, 36.000 105 mm-lik mərmi ilə 16 haubitsa, 15 Scan Eagle kəşfiyyat dronu, 40 mina və pusquya qarşı maşın (MRAP), naməlum sayda Harm anti-radar raketləri, 1500 TOW idarə olunan raket, 1000 tank əleyhinə olan Javelin raketi və 2000 zireh deşici mərmi daxildir.
Daha çox oxuyun: Ukrayna qüvvələri Rusiyaya qarşı hansı tank əleyhinə raketlərdən istifadə edir?

– Rusiya ordusu Mykolaiv vilayətinin Voznesensk rayonuna bir neçə raketlə hücum edib

Ukrayna mətbuatının məlumatına görə, bu raketlərdən birinin vurulması nəticəsində bir neçəsi uşaq olmaqla 7 mülki şəxs yaralanıb. Rusiya mətbuatı da bu hücumun son günlər Ukrayna ordusunun cənub cəbhələrində Rusiya mövqelərinə qarşı qırıcı təyyarələr və dronlarla hava zərbələrinə cavab olduğunu bildirib.

– Rusiya: Xarkovda 20 Amerika əsgəri həlak olub
Rusiya Müdafiə Nazirliyinin sözçüsü “İqor Konaşenkov” Rusiya təyyarələrinin Xarkov vilayətinin Andryuka rayonunda mövqelərinə dəqiq hava hücumu nəticəsində 80 Ukrayna əsgəri və 20 Amerika muzdlusunun həlak olduğunu açıqlayıb.
Qeyd edək ki, Ukraynadakı xarici qüvvələrin sayı ilə bağlı dəqiq məlumat yoxdur, lakin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Britaniya, Gürcüstan, İrlandiya, Portuqaliya, Çili və Braziliya qüvvələrinin Ukraynada mövcudluğunu göstərən çoxlu foto və videolar nəşr edilmişdir.
Həmçinin, bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı döyüşmək üçün təxminən 16 min əcnəbi muzdlunun Ukraynaya daxil olacağını iddia etmişdi, lakin Ukraynaya nə qədər hərbçinin daxil olduğu bəlli deyil.
Daha çox oxuyun: Ukrayna – Xarici muzdluların olduğu yer!

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1 – Gün 2 – Gün 3 – Gün 4 – Gün 5 – Gün 6 – Gün 7 – Gün 8 – Gün 9 – Gün 10 – Gün 11 – Gün 12 – Gün 13 – Gün 14 – Gün 15 – Gün 16 – Gün 17 – Gün 18 – Gün 19 – Gün 20 – Gün 21 – Gün 22 – Gün 23 – Gün 24 – Gün 25 – Gün 26 – Gün 27 – Gün 28 – Gün 29 – Gün 30 – Gün 31 – Gün 32 – Gün 33 – Gün 34 – Gün 35 – Gün 36 – Gün 37 – Gün 38 – Gün 39 – Gün 40 – Gün 41 – Gün 42 – Gün 43 – Gün 44 – Gün 45 – Gün 46 – Gün 47 – Gün 48 – Gün 49 – Gün 50 – Gün 51 – Gün 52 – Gün 53 – Gün 54 – Gün 55 – Gün 56 – Gün 57 – Gün 58 – Gün 59 – Gün 60 – Gün 61 – Gün 62 – Gün 63 – Gün 64 – Gün 65 və 66 – Gün 67 – Gün 68 – Gün 69 – Gün 70 – Gün 71 – Gün 72 – Gün 73 – Gün 74 – Gün 75 – Gün 76 – Gün 77 – Gün 78 – Gün 80 – Gün 81 – Gün 82 – Gün 83 – Gün 84 – Gün 85 – Gün 86 – Gün 87 – Gün 88 – Gün 89 – Gün 90 – Gün 91 – Gün 92 – Gün 93 – Gün 94 – Gün 95 – Gün 96 – Gün 97 – Gün 98 – Gün 99 – Gün 100 – Gün 101 – Gün 102 – Gün 103 – Gün 104 – Gün 105 – Gün 106 – Gün 107 – Gün 108 – Gün 109 – Gün 110 – Gün 111 – Gün 112 – Gün 113 – Gün 114 – Gün 115 – Gün 116 – Gün 117 – Gün 118 – Gün 119 – Gün 120 – Gün 121 – Gün 122 – Gün 123 – Gün 124 – Gün 125 – Gün 126 – Gün 127 – Gün 128 – Gün 129 – Gün 130 – Gün 131 – Gün 132 – Gün 133 – Gün 134 – Gün 135 – Gün 136 – Gün 137 – Gün 138 – Gün 139 – Gün 140 – Gün 141 – Gün 142 – Gün 143 – Gün 144 – Gün 145 – Gün 146 – Gün 147 – Gün 148 – Gün 149 – Gün 150Gün 151Gün 152Gün 153Gün 154Gün 155Gün 156Gün 157Gün 158Gün 159Gün 160Gün 161Gün 162Gün 163Gün 164Gün 165Gün 166Gün 167Gün 168Gün 169Gün 170Gün 171Gün 172 Gün 173Gün 174Gün 175Gün 176Gün 177

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir