Fələstində baş verən son hadisələr, 18 Avqust 2022

Cümə axşamı, 18 Avqust 2022 - 22:02
https://az.iswnews.com/?p=11892

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin baş naziri Yair Lapid işğal olunmuş ərazilərdəki polis təlim mərkəzinə səfəri zamanı bildirib ki, Təl-Əviv öz çəkindirmə gücünü bərpa etməyə çalışır.

– Avqustun 16-da sionist rejim qüvvələri Qəzza şəhərinin şimal-qərbindəki Əs-Sudaniyyə bölgəsində dörd fələstinli balıqçını həbs ediblər.
– Avqustun 16-da sionist rejim qüvvələri Qüds şəhərində bir fələstinlinin evini dağıdıblar.
– Avqustun 16-da sionist rejim qüvvələri işğal olunmuş Qüdsün İsaviyyə qəsəbəsində yerləşən şadlıq sarayını dağıdıb və yerlə-yeksan ediblər.
– Sionist Knessetin ifratçı deputatı “İtamar Ben-Gvir” onun rəhbərlik etdiyi “Utsama Yehudit” partiyasının qarşıdan gələn seçkilərdə müstəqil şəkildə iştirak edəcəyini açıqladı.
– Avqustun 17-də HƏMAS hərəkatının nümayəndəsi Xalid Qədumi Fələstin İslami Cihad hərəkatının İrandakı nümayəndəsi Nasir Əbu Şəriflə birgə mətbuat konfransında deyib: Sionist rejim beşi uşaq olmaqla bir neçə fələstinlini Qəzza zolağına qarşı təcavüzündə Cəbaliya düşərgəsində şəhid etdi. Jurnalistlərdən sionist rejimin cinayətlərinə qarşı qələmlərindən istifadə etmələrini xahiş edirik. Fələstinin İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi Nasir Əbu Şərif də bu mətbuat konfransında bildirib ki, Fələstinin İslami Cihad hərəkatı sionist işğalçı düşmənə müqavimət göstərmək və Fələstin torpaqlarının azad edilməsi məqsədi ilə yaradılıb. İşğalçılarla döyüş və şəhadət yolu davam edir.
– Avqustun 16-da İsrailin baş naziri Yair Lapid işğal olunmuş ərazilərdəki polis təlim mərkəzinə səfəri zamanı bəyan etdi ki, Təl-Əviv öz çəkindirmə gücünü bərpa etməyə çalışır. O deyib: “Yaşayış məntəqələrimizdə çəkindirmə gücümüzü bərpa edəcəyik; Qəzza zolağında qaytardığımız kimi”.
– Aİ-nin xarici siyasət rəsmisi sionist düşmənin amansız mühasirəsi nəticəsində çox ağır vəziyyətdə olan Qəzza zolağını üstü açıq həbsxanaya bənzədib.
– Avqustun 18-də sionist rejim qoşunları İordan çayının qərb sahilində yerləşən Nablus şəhərində Həzrət Yusifin (ə) məqbərəsinə basqın edərək bu məqbərəyə sionist mühacirlərin gəlmələri üçün hazırlıq işləri görmək niyyətində idilər, lakin Əl-Əqsa Şəhidləri taborları qüvvələrinin reaksiyaları ilə üzləşiblər. Bu qarşıdurma zamanı fələstinlilərə qarşı gözyaşardıcı qazlardan istifadə və döyüş güllələrinin atılması nəticəsində 19 yaşlı gənc şəhid olub, 70 nəfər yaralanıb.

Daha çox oxuyun: Sionistlərin Nablusa hücumları nəticəsində 1 nəfər şəhid və 70 nəfər yaralnıb + VİDEO

– Avqustun 18-də İsrail hərbçilərinin Cənin şəhərinin cənubundakı Cəbəə qəsəbəsinə hücumundan sonra HƏMAS hərəkatının liderlərindən olan Nəzih Səid Əbu Ouvn sionistlər tərəfindən əsir götürüldü.
– Avqustun 17-də İsrail rejimi əsgərləri bir neçə ekskavator vasitəsi ilə işğal altındakı Qüds yaxınlığındakı Şərfat kəndində bir fələstinlinin evini dağıdıblar.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.