Suriyada baş verən son hadisələr, 18 Avqust 2022

Cümə axşamı, 18 Avqust 2022 - 18:45
https://az.iswnews.com/?p=11879

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa əyalətində sui-qəsdlərin davam etdiyi bir dövrdə, Suriyanın bir təhlükəsizlik qüvvəsi və terrorçuların keçmiş bir üzvü naməlum silahlı şəxslər tərəfindən öldürülüb.

1- Hələb:
– Avqustun 18-də Suriya ordusunun Hələb vilayətində yerləşən Təll-Rəəfət ətrafında yerləşən Mənəğ hərbi hava limanı ətrafındakı bazalarından biri Türkiyə ordusunun dron hücumuna məruz qalıb. Bu hadisə nəticəsində ölənlərin sayı barədə məlumat yoxdur.
– Avqustun 17-də Türkiyə ordusunun qüvvələri Hələb vilayətinin Eyn Əl-Ərəb şəhərinin qərbindəki Zovr Məğar və Əl-Şuyux kəndlərini artilleriya hücumları ilə hədəfə alıb.
– Avqustun 17-də Türkiyənin dəstəklədiyi terrorçular Təll-Rəəfətdə Suriya ordusu və kürd silahlılarının mövqelərinə hücum ediblər.
– Avqustun 17-də Türkiyə ordusu Eyn Əl-Ərəb şəhərinin təmas xəttinə bir hərbi konvoy göndərib.
– Avqustun 17-də Hələb şəhərində minanın partlaması nəticəsində iki suriyalı uşaq həlak olub.
– Avqustun 16-da Türkiyə Silahlı Qüvvələrinin hərbi karvanı Afrin bölgəsinə daxil olub.
– Avqustun 16-da Hələbin şimalında yerləşən Eyn Əl-Ərəb şəhərinin 20 kilometr qərbində yerləşən Çarqili kəndindəki hərbi baza da daxil olmaqla, Suriya ordusunun qərargahına türk qırıcılarının hücumu nəticəsində üç Suriya əsgəri şəhid olub, altısı yaralanıb.

Daha çox oxuyun: Türkiyənin Suriyanın şimalına hava hücumunda üç suriyalı əsgər şəhid olub + VİDEO və FOTO

2- İdlib:
– Avqustun 18-də İdlibin cənubunda yerləşən “Əl-Barə” və “Deyrsünbül” qəsəbələrinin ətraflarında yerləşən terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Avqustun 18-də Suriya ordusunun İdlib vilayətində yerləşən “Covbas” kəndindəki mövqeləri terrorçuların artilleriya hücumları ilə hədəfə alınıb.
– Avqustun 17-də İdlibin cənubunda yerləşən Ər-Ravihə kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Avqustun 16-da İdlibin cənub ətraflarında yerləşən “Kansafra” şəhərinin kənarında bombanın partlaması nəticəsində terrorçuların iki üzvü həlak olub, biri isə yaralanıb.

3- Dəraa:
– Avqustun 18-də “Mahir Ər-Rəvis” adlı Suriya təhlükəsizlik qüvvələrindən biri Təll-Şahab ​​şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Avqustun 18-də Xərbət Ğəzaleh qəsəbəsi yaxınlığında Rusiya və Suriya hərbçilərinin birgə patrul karvanının keçdiyi yolda yol kənarına qoyulmuş bomba partlayıb. Bu hadisə nəticəsində ölən olmayıb.
– Avqustun 16-da “Fadi Əl-Asimi” adlı terrorçuların keçmiş üzvlərindən biri Dail şəhərində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

4- Deyr əz-Zor:
– Avqustun 17-də yerli medialarda “ABŞ koalisiyasının Deyr-əz zor əyalətinin sərhədyanı şəhəri olan Əl-Bukəmaldakı müqavimət dəstələrinin mövqelərinə dron hücumu” ilə bağlı xəbər İslam Dünyası Xəbərlərinin yerli mənbəyi tərəfindən təkzib edildi.
– Avqustun 15-də Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri raket hücumu ilə hədəfə alınıb. Hələlik heç bir dəstə bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Daha çox oxuyun: Amerika koalisiyasının Deyr-əz zor vilayətindəki bazasına raket hücumu olub + FOTO

5- Raqqa:
– Avqustun 17-də Təll-Əbyəz şəhərinin cənub cəbhəsində “Ceyşul-Vətani” terrorçuları ilə kürd silahlıları arasında qarşıdurma yaşanıb. Hələlik hər iki tərəfdən ölənlərin təfərrüatları açıqlanmayıb.
– Avqustun 16-da İŞİD qruplaşması Raqqanın şərqində yerləşən Əl-Kəramə şəhəri yaxınlığında Suriya Demokratik Qüvvələrinin (SDQ) maşınına hücumun məsuliyyətini öz üzərinə götürüb.

6- Həsəkə:
– Avqustun 18-də Türkiyə ordusuna məxsus dronların Qamışlı şəhəri üzərində uçduğu görünüb.
– Avqustun 16-da Həsəkənin şimalında yerləşən Əbu-Rasin şəhərində Asayiş Daxili Təhlükəsizlik (YPG) qüvvələrinin qərargahı Türkiyə ordusunun artilleriya hücumunun hədəfi olub.
– Avqustun 16-da Amerika koalisiya qüvvələrinin hərbi karvanı Həsəkə şəhərinə daxil olub.
– Avqustun 16-da Türkiyə ordusunun Həsəkə vilayətinin Amuda şəhərinin cənubundakı “Səncəq Səədun” kəndinə dron hücumu nəticəsində bir cəbhə komandiri və Suriya Demokratik Qüvvələrinin (SDQ) dörd üzvü həlak olub.
– Avqustun 16-da Türkiyə ordusunun dronları Qamışlı şəhərinin kənarındakı hədəflərə hücum edib. Bu hücumda itki olmayıb.

7- Həma:
Avqustun 18-də Həma vilayətinin qərbində yerləşən Əl-Qahirə kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.

8- Avqustun 18-də Türkiyə Müdafiə Nazirliyi “Sülh Çeşməsi” əməliyyatının bölgəsində 9 kürd silahlısının həlak olduğunu açıqlayıb.

9- Avqustun 18-də Rusiyanın Suriyadakı Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində 3 dəfə atəşkəs rejimini pozublar, onlardan 1-i İdlib əyalətində, 1-i Həma əyalətində və digəri isə Hələb vilayətində baş verib.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.