Kabil şəhərindəki Siddiqiyyə məscidində terror partlayışı baş verib + VİDEO və FOTO

Cümə axşamı, 18 Avqust 2022 - 13:39
https://az.iswnews.com/?p=11851

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Kabilin 17-ci rayonunda yerləşən Siddiqiyyə məscidində törədilən terror partlayışı nəticəsində səksəndən çox mülki şəxs şəhid olub və yaralanıb.

Dünən (17 avqust tarixində) axşam saatlarında Kabil şəhərinin 17-ci rayonunda yerləşən Xeyrxanə məhəlləsindəki Siddiqiyyə məscidinə qoyulan bombanın partlaması nəticəsində məscidin imamı “Şeyx Əmir Məhəmməd Seyfi Kabili” də daxil olmaqla 30 nəfər şəhid və 50 nəfər yaralanıb.

Hələlik heç bir qrup bu terror aktına görə məsuliyyəti üzərinə götürməyib. Taliban sözçüsü Zəbihullah Mücahid də bu hücumun səbəbkarlarının tutularaq cəzalandırılacağına söz verib. Qeyd edək ki, “Şeyx Əmir Məhəmməd Seyfi Kabili” mötədil sünni alimi və Talibanın siyasətini tənqid edən, Pəncşir və Bəğlan əyalətlərinə hücuma qarşı olan bir şəxs olub. Buna görə də yerli mənbələr “Talibanın” ifartçı qüvvələrinin Siddiqiyyə məscidində törədilən terror aktına görə məsuliyyət daşıdıqlarını deyillər.

Siddiqiyyə məscidi Kabil şəhərinin tacik milliyətli olanların ibadət və toplantı yeri olan sünni sufi məscidlərindən biridir. Yerli mənbələrin bildirdiyinə görə, bu məsciddə dindarlar dünən axşam saatlarında işa namazından sonra Məhərrəm ayı ilə əlaqədar olaraq əzadarlıq məclisi və zikr toplantısı keçirməyi planlaşdırıblarmış və bu da məhəllə sakinlərinin məsciddə xalqın çox olmasına səbəb olubmuş.

Daha çox oxuyun:
Kabilin qərbində terrorçuların törətdiyi partlayışlarda 68 şəhid və yaralı var
Talibanın kamikadze təlimçisinin, özü kamikadze qurbanı oldu + VİDEO və FOTO

Video +18: Siddiqiyyə məscidində baş vermiş terror partlayışından sonrakı vəziyyət
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.