Amerika koalisiyasının Deyr-əz zor vilayətindəki bazasına raket hücumu olub + FOTO

Çərşənbə axşamı, 16 Avqust 2022 - 22:57
https://az.iswnews.com/?p=11778

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika koalisiyasının Suriyanın Deyr-əz zor əyalətində yerləşən Əl-Ömər neft yatağındakı mövqeləri naməlum şəxslər tərəfindən raket hücumu ilə hədəfə alınıb.

Avqustun 15-də Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri raket hücumu ilə hədəfə alınıb. Atılan raketlər Amerika koalisiyasının bazası ətrafındakı Əl-Xəzra məntəqəsinə düşüb. Hələlik heç bir dəstə bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bununla bağlı Amerika koalisiyası raket hücumu xəbərini təsdiqləyərkən bəyanat yayıb və elan edib ki, yerli vaxtla saat 21:00-da (15 avqust tarixində) Əl-Ömər neft yatağının kənarındakı “Əl-Xəzra” ərazisinə bir neçə raket düşüb və həmçinin, bu hücum heç bir itkiyə səbəb olmayıb.

Xatırladaq ki, bu il mayın 29-da Əl-Ömər neft yatağındakı Amerika hərbi bazası raket hücumuna məruz qalmışdır.

Daha çox oxuyun: Suriyanın Deyr əz-Zor əyalətində ABŞ koalisiyasının bazasına raket zərbəsi endirilib

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.