İordan çayının qərb sahilində İsrail əsgəri digər əsgəri öldürüb

Çərşənbə axşamı, 16 Avqust 2022 - 15:17
https://az.iswnews.com/?p=11765

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bir İsrail əsgəri səhvən başqa bir sionist hərbçi tərəfindən vurulub və aldığı xəsarətin şiddətindən xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.

İsrail ordusu İordan çayının qərb sahilində Tulkərəm yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində atışma zamanı əsgərlərindən birinin öldüyünü açıqlayıb. Hadisənin əvvəlində İbrani mediası bunun fələstinlilər tərəfindən həyata keçirilən anti-sionist əməliyyat olduğunu düşünsə də, bir müddət sonra məlum olub ki, İsrail qüvvələri arasında səhv atışma səbəbindən baş verib.

Bununla bağlı ibranidilli “Yediot Aharonot” qəzetinin müxbiri Yoav Zeitoun bəyan edib ki, Tulkərəm yaxınlığında baş verən təhlükəsizlik hadisəsi atışma deyil, təfərrüatlarının dərc olunmasına icazə verilməyən təhlükəli hadisədir.

Hələlik bu hadisənin təfərrüatları İsrail rejiminin mediası tərəfindən açıqlanmayıb.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.