İrəvanda ticarət mərkəzindəki partlayışda 6 nəfər ölüb, 18 nəfər itkin düşüb + FOTO

Bazar ertəsi 15 Avqust 2022 - 23:13
https://az.iswnews.com/?p=11736

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi APA-ya istinadən xəbər verir ki, dünən 14 avqust tarixində yerli vaxtla saat 13:23 radələrində İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib. Baş verən partlayış və yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb. Şahidlər dağıntılar altında insanların qaldığını bildiriblər. İlkin ehtimala görə, pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb. Qeyd edilib ki, ticarət mərkəzinin binasının üç tərəfindən uçmaq təhlükəsi var. Pirotexnika mallar hələ də partlamağa davam edir. Son məlumatlara görə, xəsarət alanların sayı 61 nəfərdir.

Hadisə ilə bağlı cinayət işi açılıb. Ölənlərin sayı 6-ya çatıb.Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib. O, 18 nəfərin taleyi barədə məlumat olmadığını, xəstəxanalarda 23 nəfərin müalicə aldığını bildirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir