Türkiyə ordusunun İraqın şimalındakı bazasına raket hücumu olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Neynəva vilayətinin şimalında yerləşən Zelkan bölgəsindəki hərbi bazası İraq müqavimət dəstəsinin raket hücumu ilə hədəfə alınıb.
Bu gün avqustun 15-də Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan bölgəsindəki Bəşiqə hərbi bazası 4 Qrad raketi ilə hədəfə alınıb. İslami müqavimət briqadası “Əhrar Əl-İraq” bəyanat yayaraq bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, cari ilin 21 martından bəri Bəşiqə hərbi bazasına qarşı 13-cü raket hücumudur.
Həmçinin iyulun 27-də Bəşiqə hərbi bazası İraq müqavimət dəstələrinin raket hücumuna məruz qalmışdır.
Daha çox oxuyun: Türkiyə ordusunun Neynəva vilayətinin şimalındakı bazasına raket hücumu olub
Rəy