İraq müqavimət dəstələri Suriyanın cənubundakı Ət-Tənəf Amerika bazasına dron hücumu ediblər + FOTO

Bazar ertəsi, 15 Avqust 2022 - 19:33
https://az.iswnews.com/?p=11721

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya, İraq və İordaniya arasında sərhəd üçbucağında yerləşən Ət-Tənəf bölgəsində Məğavir Əs-Səvrə terrorçularının və Amerika hərbçilərinin mövqeləri “Beynəlxalq Müqavimət” dəstəsi tərəfindən dron hücumuna məruz qalıb.

Bu gün avqustun 15-də Homs əyalətindəki Ət-Tənəf Amerika bazası dron hücumuna məruz qalıb. ”İslam Dünyası Xəbərləri” informasiya agentliyi ilə söhbət edən məlumatlı mənbə bu hücumun “Beynəlxalq Müqavimət” dəstəsi tərəfindən həyata keçirildiyini və dronların əvvəlcədən müəyyən edilmiş hədəfləri dəqiqliklə vurduğunu açıqlayıb.

Digər tərəfdən, Amerika koalisiyası ət-Tanf bazasına pilotsuz təyyarə ilə hücumu təsdiqləyən bəyanat yayaraq, hücumun bu gün səhər saat 06:30 radələrində (yerli vaxtla) baş verdiyini və Amerika ordusunun “Məğavir Əs-Səvrə” terrorçuları (Ceyşul-Hurr terrorçuları ilə əlaqəli qruplar) ilə əməkdaşlıq edərək bu hücumu dəf edə bildiyini açıqlayıb. Bu açıqlamaya görə, bir dron təqib olunaraq məhv edilib, digəri isə Məğavir Əs-Səvrə terrorçularının mövqelərinə zərbə endirib, lakin itki olmayıb.

Bu hücum Ət-Tənəf bölgəsinin illərdir Amerika hərbçiləri tərəfindən işğal edildiyi və Suriya ordusu və müqavimət cəbhəsi qüvvələrinin bu ərazinin 55 km radiusuna yaxınlaşmasına icazə verilmədiyi bir vaxtda baş verib.

Daha çox oxuyun:
Rusiya ABŞ koalisiyasının Suriyadakı mövqelərinə hava zərbələri endirib!
Suriyanın cənubundakı Ət-Tənəf Amerika bazasına dron hücumu + FOTO

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.