İsrail Suriyaya hava hücumu edib + VİDEO

Bazar 14 Avqust 2022 - 22:31
https://az.iswnews.com/?p=11698

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail qırıcılarının Dəməşq və Tərtus limanının ətraflarındakı hədəflərə hücumu nəticəsində Suriya ordusundan 3 nəfər şəhid olub, daha 3 nəfər yaralanıb.

Suriya hərbi mənbəsindən verilən məlumata görə, bazar günü yerli vaxtla saat 20:50 radələrində İsrail Livanın paytaxtı Beyrutun cənub-şərqindən bir neçə raket ataraq Dəməşq ətrafı və Tərtusun cənubundakı hədəflərə hücum edib. Bu hücum Suriya ordusunun 3 qüvvəsinin şəhid olmasına, daha 3-nün yaralanmasına və maddi ziyana səbəb olub.

Həmçinin bu il iyulun 22-də sionist ordusu işğal altındakı Colan təpələrindən bir neçə raket ataraq, Dəməşq ətrafında yerləşən hədəflərə hücum edib və bu zaman 3 suriyalı əsgər şəhid olub, daha 7 əsgər yaralanıb.

Daha çox oxuyun:
İsrail Dəməşqin ətrafına raket hücumu edib + FOTO

İsrail ordusunun Suriyaya endirdiyi hava hücumunun videosu (1)
İsrail ordusunun Suriyaya endirdiyi hava hücumunun videosu (2)
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir