İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İraqa səfər edəcək

Bazar 14 Avqust 2022 - 22:25
https://az.iswnews.com/?p=11695

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini İraq Milli Müdafiə Universitetinin rəhbəri ilə görüşdə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin İraqa səfər etmək qərarını açıqlayıb.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, əmir briqada generalı Əziz Nəsirzadə İraq Milli Müdafiə Universitetinin rəhbəri general-leytenant Məzhər Möhsün Əl-Əllaq ilə İranın Baş Qərargahında görüşüb. İranın Silahlı Qüvvələri, İraq Milli Müdafiə Universiteti ilə İran Ali Milli Müdafiə Universiteti arasında iki universitet arasında təcrübələrin ötürülməsi üçün anlaşma memorandumu imzalandığını açıqladı.

Bu görüşdə o, İraq xalqı ilə bir çox dini ortaqlıqlarının olduğunu, digər tərəfdən isə hər iki ölkənin coğrafi mövqe baxımından xüsusi şəraitlərə malik olduğunu və bunun iki ölkə arasında qarşılıqlı əlaqələrin genişlənməsinə səbəb olduğunu bildirdi.

Bu görüşdə Əmir Nəsirzadə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Baqirinin əməkdaşlığı inkişaf etdirmək üçün İraqa səfər planı barədə məlumat verib və bildirib ki, şəraitlərin müsaid olduğu bir zaman, biz bu səfərin şahidi olacağıq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir