Suriyada baş verən son hadisələr, 14 Avqust 2022

Bazar, 14 Avqust 2022 - 17:08
https://az.iswnews.com/?p=11683

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Suriya hökuməti ilə daimi sülhün əldə edilməsi üçün müxalifətlə barışıq planı ilə bağlı dediyi sözlərdən sonra onun sözlərinə etiraz olaraq və dediklərini qınamaq üçün Suriyanın şimalında terrorçuların nəzarətində olan müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirilib.

1- Hələb:
– Avqustun 12-də Təll-Rəfət şəhərinin ətrafında yerləşən Ebin kəndi Türkiyənin dəstəklədiyi terrorçular tərəfindən artilleriya hücumlarına məruz qalıb.
– Avqustun 12-də Hələbin ətrafındakı Cerabulus şəhərində Türkiyə xarici işlər nazirinin Suriya müxalifətinin bu ölkə hökuməti ilə barışması ilə bağlı bəyanatlarına etiraz olaraq etiraz nümayişi keçirilib.
– Avqustun 12-də Türkiyə Xarici İşlər Nazirliyinin müxalifətlə Suriya hökumətinin barışması ilə bağlı bəyanatlarına cavab olaraq Cerabulus və Ər-Rai şəhərlərində nümayişlər keçirilib.
– Avqustun 9-da Suriya Demokratik Qüvvələrinə məxsus dron Hələbin şimalında yerləşən Əzaz ətrafında Əl-Malikiyyə tarlalarında qəzaya uğrayıb.

2- İdlib:
– Avqustun 11-də İdlib əhalisi mitinq keçirərək, Türkiyə xarici işlər nazirinin bəyanatlarını qınayıb və Suriya hökuməti ilə istənilən barışığa qarşı çıxıb.
– Avqustun 14-də Türkiyə ordusu İdlib vilayətinin cənubundakı Türkiyə bazalarına bir neçə tank və hərbi maşın daxil olmaqla hərbi yardımçı qüvvələr göndərdi.

3- Dəraa:
Avqustun 10-da İŞİD terror qruplaşmasının komandirlərindən olan Əbu Salim Əl-İraqi Ədvan qəsəbəsində Suriya ordusu qüvvələri ilə qarşıdurma zamanı öldürülüb.

4- Deyr əz-Zor:
– Avqustun 13-də naməlum silahlı şəxslər Suriya Demokratik Qüvvələrinin komandirlərindən biri Məhəmməd Ramazanın avtomobilini Əl-Şəhil şəhərinin ətrafındakı qəbiristanlığın yaxınlığında hədəfə alıb, lakin o, bu sui-qəsddən sağ çıxıb.
– Avqustun 10-da İŞİD ünsürlərinin Suriya Demokratik Qüvvələrinin Deyr-əz-Zorun şimalında yerləşən Əl-Zar kəndindəki qərargahına hücumu nəticəsində iki SDQ qüvvəsi öldürülüb.

5- Raqqa:
– Avqustun 9-da Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn İsa şəhərinin ətrafını hədəfə alıblar.
– Avqustun 12-də Rusiya qırıcı təyyarələri Raqqanın cənub-qərbindəki Rəssafə və Əl-Mənsurə bölgəsində İŞİD-in sığınacaqlarına hücum edib.
– Avqustun 14-də Suriya Demokratik Qüvvələri (SDQ) Raqqanın şimalında Suriya ordusunun 17-ci diviziyasının keçmiş qərargahında hərbi təlim keçirib.

6- Həsəkə:
– Avqustun 14-də Türkiyənin dəstəklədiyi terrorçular Təll-Təmərin şimalında yerləşən Əd-Dərdarə kəndində Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərini hədəfə alıb.
– Avqustun 13-də Asayiş Daxili Təhlükəsizlik (YPG) qüvvələri Həsəkə şəhərində İŞİD-in ünsürlərindən olan bir nəfəri həbs ediblər.
– Avqustun 11-də Qamışlı ətrafında Rusiya və Türkiyə qüvvələrinin hərbi patrulu həyata keçirilib.
– Avqustun 10-da Türkiyənin dəstəklədiyi terroçuların Qəhtaniyyə bölgəsinin ətrafına artilleriya hücumu nəticəsində bir uşaq ölüb, bir qadın yaralanıb.
– Avqustun 9-da Qamışlının şimalında yerləşən tibb mərkəzinin yaxınlığındakı ərazi Türkiyə ordusuna məxsus dronun hücumuna məruz qalıb.

7- Avqustun 11-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etdi ki, müxalifət və Suriya hökuməti ilə bir araya gəlmək lazımdır və başqa cür desək barışmaq lazımdır, əks halda daimi sülh olmayacaq.

8- Avqustun 14-də Türkiyə Müdafiə Nazirliyi Bulaq Sülhü əməliyyatı bölgəsində beş kürd silahlısının öldürüldüyünü açıqladı.

9- Avqustun 14-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində atəşkəsi 3 dəfə pozublar, onlardan 1-i İdlib vilayətində, 2-si isə Hələb vilayətində baş verib.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.