Şəbvə qubernatoru BƏƏ-nin köməyi ilə İslah Partiyasını məğlub etdi + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Əmaləqə qüvvələrinin digər briqadaları və Cənub Keçid Şurasına aid silahlı qüvvələrin Şəbvə əyalətindəki döyüşlərə gəlməsi və BƏƏ qırıcılarının dəstəyi ilə İslah partiyasının Şəbvə əyalətinin mərkəzi olan Ətəq şəhərini ələ keçirmə əməliyyatı uğursuz oldu.
Əl-Əmaləqə qüvvələrinin şəhər müharibəsində məğlub olması və İslah Partiyası silahlılarının qubernatorluq və Ətəq hava limanına doğru irəliləməsindən sonra BƏƏ qırıcıları və dronları İslah Partiyasının bu ərazidəki mövqelərini güclü şəkildə bombalayıb. Bu hücumlarla eyni vaxtda Əl-Əmaləqə qüvvələrinin digər briqadaları və Cənub Keçid Şurasının silahlı qüvvələri Ətəqə göndərilib və “İslah” partiyasının silahlıları qubernatorluq binası və Ətəq hava limanını mühasirəyə almağı dayandırmalı olublar.
Yerli mənbələrin verdiyi məlumata görə, BƏƏ qırıcıları Ətəq şəhərində və Əyaz, Novxan, Əl-Şəbikə bölgələrində və Ətəqin şimal cəbhələrində İslah partiyasının mövqelərinə 40-dan çox hava hücumu həyata keçirib. Həmçinin bu toqquşmalarda hər iki tərəfdən 70-dən çox insan həlak olub və yaralanıb.
Hazırda Ətəqdəki “İslah” partiyasının əsas qərargahlarından biri kimi olan xüsusi təhlükəsizlik qüvvələrinin bazası (onlayn xəritəyə baxın) süqut edib və bu partiya silahlıları nəzarətləri altında olan digər bazalarına və ərazilərə çəkiliblər. Ətəq şəhərinin çox hissəsi İvəd Bin əl-Vəzir əl-Avlaki Şəbvanın qubernatoru tərəfdarları qüvvələrinin nəzarətinə keçib. Əl-Avlaki İslah partiyasının Ətəq şəhərindəki bazalarının boşaldılmasını və təhvil verilməsini tələb edib və İslah partiyası hələ də bu əraziləri təslim etməkdən imtina edir və qubernatorun dəstək qüvvələrinin mövqelərinə artilleriya ilə hücum edir.
Bu uğursuzluqdan sonra “İslah” partiyasının liderləri Səudiyyə koalisiyası və istefa vermiş hökumətin prezident şurası ilə əməkdaşlıq etməkdən çıxmaq niyyətlərini açıqlayıblar. Onlar bəyanatda Əl-Avlakini Şəbvə vilayətində onlarla insanın qətlinə görə məsuliyyət daşıyaraq, onun Şəbvə qubernatoru vəzifəsindən uzaqlaşdırılmasını tələb ediblər. Bu məsələnin davamında bəzi yerli mənbələr iddia edib ki, Tariq Saleh öz qohumlarından olan “Nasir Bacəbil” adlı birini İvəd bin Əl-Vəzir Əl-Avlakinin yerinə namizəd kimi göstərib. Əl-Avlaki BƏƏ-nin Yəmənin işğal olunmuş ərazilərindəki əsas dayaqlarından biridir və çətin ki, BƏƏ onun işdən çıxarılmasına razı olsun.
Daha çox oxuyun:
Ətəq şəhəri İslah Partiyasının nəzarətinə keçmək ərəfəsindədir
Yəməndə baş verən son hadisələr, 8 Avqust 2022
Rəy