Fələstində baş verən son hadisələr, 12 Avqust 2022

Cümə 12 Avqust 2022 - 15:55
https://az.iswnews.com/?p=11614

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin müharibə naziri Benni Qantz bu rejimin “Kanal 11” telekanalına müsahibəsində deyib: Bütün terror təşkilatlarının rəhbərləri narahat olmalıdırlar. Ziyad Ən-Nəxxalə terror təşkilatlarının başındadır və onun həyatına və ya yaşayış yerinin təhlükəsizliyinə heç bir təminat yoxdur.

– Sionist rejimin avqustun 5-də Qəzzə zolağına qarşı “Əl-Fəcrus-Sadiq” əməliyyatının başlanmasından rəsmi başa çatana qədər və avqustun 8-də səhər saatlarında atəşkəs razılaşmasının icrasına qədər 44 fələstinli, o cümlədən 13 hərbçi və 31 mülki şəxs şəhid olub, 360 nəfər yaralanıb.
– Avqustun 9-da sionist rejimin İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə hücumundan sonra Fəth Hərəkatının hərbi qolu olan Əl-Əqsa Şəhidləri taborlarının bu şəhərdəki komandiri İbrahim Ən-Nablusi İslam Səbuh adlı başqa bir müqavimət qüvvəsi ilə birlikdə bu şəhərdə şəhid olmuşdur.

Daha çox oxuyun: Fəth hərəkatının Nablusdakı hərbi qolunun komandiri şəhid oldu + VİDEO və FOTO

– Avqustun 10-da sionist rejim iddia etdi ki, İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds qüvvələri son döyüşdə Tamar qaz platformasına dron hücumu etmək niyyətində olub.
– Avqustun 9-da HƏMAS İslami Müqavimət Hərəkatı Nablus şəhərində baş verən son silahlı toqquşmalara cavab olaraq vurğulayıb ki, müqavimətin bir neçə igid övladlarının şəhid olduğu toqquşmalar sionist düşmənlə döyüşün davam etdiyini sübut edir və günü-gündən daha da intensivləşir.
– Avqustun 9-da Fəth hərəkatının hərbi qolu olan Əl-Əqsa Şəhidləri taborları Nablusda İsrail əsgərləri ilə silahlı toqquşma zamanı 3 əsgərinin şəhid olmasından sonra sionist düşməni xəbərdar etdi ki, sionist düşmənə bu cinayətin miqyası qədər və lazımi cavab veriləcək.
– Avqustun 10-da sionist mühacirlər İsrail polis qüvvələrinin dəstəyi ilə Əl-Əqsa məscidinə basqın ediblər.
– Avqustun 8-də İsrailin baş naziri Yair Lapid bəyan edib ki, Qəzza müharibəsində iştirak etməyən fələstinli mülki şəxslərin öldürülməsinə görə üzr istəməyə hazır deyil, çünki ordu onları israillilərin müdafiəsi üçün öldürüb.
– Avqustun 8-də Fələstinli Əsirlər Komitəsi bu ilin əvvəlindən indiyə qədər Cənində 30 fələstinlinin İsrail əsgərləri tərəfindən şəhid olduğunu açıqladı.
– Avqustun 10-da sionist rejimin müharibə naziri Benni Qantz bu rejimin “Kanal 11” telekanalına müsahibəsində deyib: Bütün terror təşkilatlarının rəhbərləri narahat olmalıdırlar. Ziyad Ən-Nəxxalə terror təşkilatlarının başındadır və onun həyatına və ya yaşayış yerinin təhlükəsizliyinə heç bir təminat yoxdur.
– Misirin Təhlükəsizlik Xidmətinin işçilərindən ibarət olaraq yüksək rütbəli nümayəndə heyəti İsrail həbsxanasından məhbuslar Bəssam Əs-Səədi və Xəlil Avadənin azad edilməsi məsələsini davam etdirmək və müqavimət qüvvələri ilə sionist rejim arasında qarşıdurmaların başlamasının qarşısını almaq üçün gələn həftə işğal olunmuş ərazilərə səfər edəcək.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir