Türkiyənin Qamışlıya dron hücumu nəticəsində 3 nəfər həlak olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Qamışlı şəhərinin cənub-qərbindəki hədəflərə dron hücumu nəticəsində iki kürd silahlısı və bir mülki şəxs həlak olub.
Dünən avqustun 11-də Suriya Demokratik Qüvvələrinin (SDQ) media mərkəzi “Djuvar Kubani” və “Çiya Qamişlu” adlı iki öz qüvvələri də daxil olmaqla üç nəfərin və “Ədib Yusif” adlı mülki şəxsin Qamışlı şəhərinin cənub-qərbində yerləşən Molla Sabat kəndində Türkiyə ordusunun bir avtomobilə etdiyi dron hücumu nəticəsində həlak olması ilə bağlı bəyanat yayıb. Kürd silahlıları bu hücumun qisasını türk hərbçilərindən alacağları ilə hədələyiblər.
Bu hücum Türkiyənin dron hücumu nəticəsində 10 avqust tarixində həlak olan Suriya Demokratik Qüvvələrindən birinin dəfn mərasimi ilə eyni vaxtda Qamışlı sakinlərinin mülki vətəndaşların Suriyanın şimal-şərqində hücuma məruz qalmalarına sakit duran Suriyada atəşkəs müqaviləsinə zamin qalan ölkələri qınamaqları namisə keçirdikləri etiraz aksiyasından sonra baş verib.
Xatırladaq ki, avqustun 6-da axşam saatlarında Asayiş Daxili Təhlükəsizlik (YPG) qüvvələri Türkiyə ordusunun Qamışlı şəhərinin Elsina məhəlləsinə dron hücumu nəticəsində ikisi uşaq olmaqla dörd nəfərin öldüyünü, ikisinin isə yaralandığını bildirmişdir.
Türkiyə ordusunun Suriyanın şimalına artilleriya və dron hücumları elə bir vaxt da artıb ki, son həftələr bu ölkənin yüksək rütbəli rəsmiləri Türkiyənin Suriyanın şimalında gözlənilən hərbi əməliyyatlarından danışıblar.
Daha çox oxuyun: Türkiyəyə məxsus dronların Qamışlıya hücumu nəticəsində ikisi uşaq olmaqla 4 nəfər həlak olub
Rəy