Talibanın kamikadze təlimçisinin, özü kamikadze qurbanı oldu + VİDEO və FOTO

Cümə 12 Avqust 2022 - 14:26
https://az.iswnews.com/?p=11606

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, dünən 11 avqust tarixində İŞİD-in Kabil şəhərindəki Həqqaniyyə dini məktəbində partlayış törətməsi nəticəsində 10-dan çox Taliban üzvü, o cümlədən bu məktəb rəhbəri və “Siracuddin Həqqani”nin yaxın qohumu olan “Şeyx Rəhimullah Həqqani” öldürüldü.

Şeyx Rəhimullah Həqqani Nənqərhar əyalətindəki Divbəndi məntəqəsinin görkəmli alimlərindən, Əfqanıstan və Pakistanda Talibanın ən nüfuzlu təbliğatçılarından biri idi. O, həmçinin Taliban rəhbərliyinin Alimlər Şurasının üzvü idi və Taliban hökumətinin daxili işlər naziri Siracuddin Həqqaniyə yaxın adamlardan biri hesab olunurdu.

Həmçinin Həqqani Zübeyriyyə məntəqəsində yerləşən Darul-Ulum təhsil mərkəzində 27 oktyabır 2022-ci il tarixində naməlum kamikadze tərəfindən hücuma məruz qalmış və ağır yaralanmış, lakin o, sağ qalmışdır. Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstanın paytaxtı Kabilə gedərək ikinci rayonun Şiş-Dərək məhəlləsində Həqqani məktəbini qurmuşdur.

Talibanın Əfqanıstanın keçmiş hökuməti və onun müttəfiqləri ilə döyüşdüyü ötən illərdə Həqqani, minlərlə cihadçı və kamikadze tələbəni ideoloji və intellektual cəhətdən yetişdirmiş və Həqqani şəbəkəsini bütün Əfqanıstanda müxtəlif əməliyyatlar həyata keçirmək üçün icad etmişdir, lakin sonda o, özü İŞİD agentlərinin kamikadze əməliyyatlarının qurbanı oldu və öldürüldü. O, bəzi açıqlamalarında bir qism şiələri kafir hesab edərək onları öldürməyi yaxşı iş adlandırmışdır.

Video: Həqqaniyyə məktəbində kamikadzenin partlaması anı
İŞİD terror qruplaşması Kabildəki Həqqaniyyə məktəbinə hücum edən kamikadzenin şəklini dərc edərək hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir