Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür + VİDEO

Cümə axşamı 11 Avqust 2022 - 18:04
https://az.iswnews.com/?p=11596

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Report.az-a istinadən xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan bölmələri tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Nəzarətə götürülmüş ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir