Binə qəsəbəsində Xanım Zeynəb (s) davamçıları tarix yazırlar + VİDEO

Cümə axşamı, 11 Avqust 2022 - 13:14
https://az.iswnews.com/?p=11581

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycanda Məhərrəmlik ongünlüyü və xüsusilə bu ilki Aşura, hökumət, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin siyasəti ilə İmam Hüseyn (ə) məktəbinin saf düşüncələri qarşıdurması səhnəsinə çevrilib.

Bu qarşıdurmanın başlanğıc nöqtəsi Bakının şərqində yerləşən Binə qəsəbəsi və birinci Qarabağ müharibəsi qazisi Aqşin Fərəcovun evi olub. Məhərrəm ayının 1-i günü polis iyirmi nəfərin iştirakı ilə İmam Hüseyn əleyhissəlamın adı yazılan divardan onun adını silmək istəyirdi, lakin qazinin həyat yoldaşı Seyidə Şəhla Fərəcova, müqavimətlə bu işin qarşısını aldı. Məhərrəm ayının 2-də gecə saat iki radələrində onun evinə hücum edən polislər onu döyərək divarı qırmızı rənglə boyadılar. Polis Türkiyə bayrağına görə qırmızı rəngdən istifadə edib. Amma bu divar üç dəfə ərəb dili kəlmələri ilə zinətlənib.

Aqşin Fərəcov birinci Qarabağ müharibəsində iki ayağını və böyrəklərini itirib və pis şəraitdə yaşayır. Polis ondan televiziya və dövlət mediasında yayımlamaq üçün etiraf almaq istəyib.

Daha çox oxuyun: Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri dini dəyərləri yenidən təhqir edib + VİDEO və FOTO

Bakının Zeynəbçi qadınları çoxsaylı polis basqınları zamanı Aqşin Fərəcovun evində olmaqla bu ailəni dəstəkləmiş və Məhərrəm ayının 7-də polis bu evə hücum edərək onları evdən çıxararaq dörd nəfəri həbs etmişdi. Təhlükəsizlik qüvvələri bu ailənin xarici ölkə, xüsusilə də İran tərəfindən təxribat törətdiyini iddia edir. Fərəcovun evinin qonşuluğunda olan evlər təxliyə edilib və 50 nəfərlik polis qrupu həmin evlərə yerləşdirildiyi bildirilir.

Nəhayət, onlar Məhərrəm ayının 10-cu günü Seyidə Şəhla Fərəcovaya icazə veriblər ki, evdən çıxıb bazara gedib sınmış çubuqunu təmir etsin, çörək və ərzaq alsın. Şəhla xanımın dediyinə görə, alış-veriş zamanı 30 polis onunla birgəimiş, evə qayıdanda isə əşyaları yoxlanılıb. Polis evin divarında dördüncü dəfə üçün yazının yazılmasına görə boyanın alınması və divara yazının yazılmaması üçün onunla birgə olduğunu və onun əşyalarını yoxladığını açıqlayıb.

Hazırda, təhlükəsizlik qüvvələri Binə qəsəbəsində hazır vəziyyətdədirlər, giriş-çıxışa nəzarət edirlər ki, camaat orada bu ailəyə dəstək üçün toplaşmasınlar.

Bu hadisələr və tədbirlərdən sonra Azərbaycanın müxtəlif şəhər və kəndlərində Seyidə Şəhla xanıma dəstək üçün bu xanımın adı ilə həştəq düzəlib və dini şuarlar divarlara yazılıb həmin həştəqə yerləşdirilməsi kompaniyası başlayıb. Polis Milli Təhlükəsizlik Şurasının köməkliyi ilə bütün ölkədə divarlara şüarların yazılmasını aradan qaldırmağa çalışır.

Daha çox oxuyun: İmam Hüseyn (ə) əzadarlarına Azərbaycan hökuməti sərt qadağalar qoyub

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.