Təiz əyalətinin qərbində Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında qarşıdurma+ Video

Şənbə 12 Fevral 2022 - 22:41
https://az.iswnews.com/?p=1158

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullah Səudiyyə koalisiya qüvvələrinin Təiz əyalətinin qərbində yerləşən Cəbəl Həbəşi şəhərinin şimal cəbhəsindəki hücumunu dəf edib.

Mənsur Hadi qüvvələrinin Cəbəl Həbəşinin şimal bölgələrinə hücumlarından sonra fevralın 6-dan etibarən Əl-Ənin bölgəsinin cənubunda yerləşən yüksəklikləri və kəndləri bu qüvvələrin nəzarətinə keçib. Bundan sonra Ənsarullah döyüşçüləri 18-ci məntəqənin cəbhəsindən Əl-Ənin bölgəsinin cənub məntəqələrini geri almaq üçün münaqişə xəttinə göndərilib.
Əməliyyata dəstək olaraq Ənsarullah raket qüvvələri cəbhədəki Mənsur Hadi qüvvələrinin toplaşdığı yerə raket zərbəsi endirib və qarşıdurma cəbhələri artilleriya atəşi ilə hədəfə alınıb. Nəhayət, Ənsarullahın quru hücumlarının davam etdirilməsi ilə Əl-Əninin cənub bölgələri yenidən azad edildi və qarşıdurma xətləri münaqişədən əvvəlki vəziyyətə qayıtdı.

Yerli mənbələrin məlumatına görə, Cəbəl Həbəşistanının qəbilə ağsaqqalları Ənsarullaha mesaj göndərərək, bölgədə atəşkəs və əməliyyatların dayandırılmasını istəyiblər. Bu tələb Ənsarullah tərəfindən müsbət qarşılanıb.

Təiz əyalətinin şimal cəbhələri 2017-ci il döyüşlərindən sonra ara-sıra toqquşmaların şahidi olub və bu hücumların əksəriyyəti Mənsur Hadi və Tarik Salehin qüvvələri tərəfindən həyata keçirilib.

Video: Əl-Ənin cəbhəsində Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında qarşıdurma
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir