İraqda baş verən son hadisələr, 10 Avqust 2022

Çərşənbə, 10 Avqust 2022 - 17:28
https://az.iswnews.com/?p=11504

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq ordusu və Həşd-Şəəbi Təşkilatının qüvvələri İŞİD-in təhdidləri ilə mübarizə aparmaq üçün Diyalə əyalətində yerləşən Əl-Miqdadiyyə şəhərinin ətrafında “Ləbbəykə Ya Hüseyn (ə)” adlı genişmiqyaslı təhlükəsizlik əməliyyatının başladığını elan ediblər.

1- Bağdad:
Avqustun 7-də İraqın milli hikmət hərəkatının rəhbəri Seyid Əmmar Həkim İraqın baş naziri Mustafa Əl-Kazimi ilə görüşündə hökumətin terrorizmlə davamlı mübarizəsini və milli maraqların qorunmasını və İraqın ərazi suverenliyinə hörmətinin davamlı olmasını vurğulayıb.

2- Nəcəf:
– Avqustun 5-də Birləşmiş Millətlər Təşkilatının İraqdakı nümayəndəsi və xüsusi nümayəndəsi Janin Hanis Plasxart Nəcəf şəhərində olarkən Sədr hərəkatının lideri Müqtəda Sədrlə bu ölkədəki böhran və siyasi proseslərlə bağlı görüşüb söhbət edib.
– Avqustun 8-də yerli mənbələr Nəcəfin Əl-Həvli bölgəsində Həşd-Şəəbi qüvvələrinin sursat və hərbi texnika anbarında partlayış baş verdiyini bildiriblər. Xilasetmə qüvvələri hadisə yerində olduqdan sonra yanğının söndürülməsi zamanı xilasetmə dəstəsinin oksigen kapsulu qaz sızmasından partlayıb, nəticədə bir neçə nəfər xəsarət alıb.

3- Diyalə:
– Avqustun 9-da Diyalənin şimal-şərqində İmam Hüseyn mukəblərində (xeymələrinə) və hərbi qərargahlarda partlayış törətmək niyyətində olan kamikadze müəyyən edilərək İraq təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alındıqdan sonra özünü partladıb.
– Avqustun 9-da İraq ordusu və Həşd-Şəəbi Təşkilatının qüvvələri İŞİD-in təhdidləri ilə mübarizə aparmaq üçün Diyalə əyalətində yerləşən Əl-Miqdadiyyə şəhərinin ətrafında “Ləbbəykə Ya Hüseyn (ə)” adlı genişmiqyaslı təhlükəsizlik əməliyyatının başladığını elan ediblər.

4- Avqustun 3-də Müqtəda Sədr televiziya vasitəsilə verdiyi mesajda İraqın hazırkı parlamentində bütün işlərin dayandırılması və növbədənkənar seçkilərin keçirilməsini istəyib.

5- Avqustun 6-da “Reşat Ergin” adlı türk əsgərlərindən birinin ölüm xəbəri yayıldı. O, PKK silahlılarının İraqın şimalındakı türk hərbi bazalarından birinə hücumu nəticəsində yaralanıb və xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişmişdir.

Daha çox oxuyun: İraqın şimalında türkiyəli əsgər həlak olub

6- Avqustun 9-da Türkiyə Müdafiə Nazirliyi bu ölkənin “Mustafa Demir” və “Halil Koç” adlı iki əsgərinin İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı öldürüldüyünü etiraf edib. Bu iki əsgər İraqın şimalında partlayıcı qurğunun partlaması nəticəsində yaralanıb və aldığı xəsarətlərin şiddətindən tibb mərkəzlərinə aparıldıqdan sonra dünyasını dəyişib.

Daha çox oxuyun: İraqın şimalında iki türk əsgəri həlak olub + FOTO

7- Avqustun 9-da İraqın keçmiş baş naziri Nuri Əl-Maliki erkən seçkilərin keçirilməsinə yalnız bu ölkənin parlamentinin qərar verə biləcəyini açıqladı. Bunu deməklə o, İraq parlamentinin fəaliyyətini davam etdirməyə çağırıb.

8- Avqustun 4-də Seyyiduş-Şuhəda taborlarının komandiri Əbu Aala Əl-Vilai öz Twitter səhifəsində yazıb ki, İraq Şiələrinin Koordinasiya mərkəzinin iclasında baş nazir Mustafa Əl-Kaziminin səlahiyyət müddətinin heç bir halda uzadılmaması qəbul olunub. Bugünkü fövqəladə yığıncaqda göstərdikləri şücaətə görə koordinasiya mərkəzindəki qardaşlarımızı təbrik edirəm.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.