Ətəq şəhəri İslah Partiyasının nəzarətinə keçmək ərəfəsindədir
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Şəbvə vilayətində İslah Partiyasının silahlı qüvvələri ilə istefa vermiş hökumət qüvvələri arasında şiddətli toqquşmaların davamında Ətəq şəhərinin bəzi əraziləri İslah Partiyası tərəfindən ələ keçirilib.
Bu toqquşmaların əvvəlində “İslah” partiyasının silahlıları Ətəq şəhərinin cənub və qərbində mövqelərini sabitləşdirməyə nail olublar, qubernatorluq və şəhərin içindən Ətəq hava limanınada Əl-Əmaləqə qüvvələrinin və Əl-Əvlakinin silahlı qüvvələrinin mövqelərinə hücum ediblər, lakin bu hücum BƏƏ qırıcılarının hava hücumları ilə dəf edilib. İslah Partiyasının silahlıları bu mövqeləri ələ keçirmək üçün yeni hücumlara hazırlaşırlar. Bununla əlaqədar olaraq, İslah Partiyasının silahlıları Əl-Əmaləqə qüvvələrini Əl-Şəbikə və Əl-Şəqb bölgələrindən Ətəq şəhərinin şimal cəbhəsinə qədər geri çəkindirməyi bacarıblar, hava limanına doğru irəliləyərək Əl-Bayad bölgəsinə nəzarəti ələ keçiriblər. Buna görə də İslah Partiyasının silahlıları Ətəqin şimalında Əl-Əvlaki qüvvələrini tam mühasirə etməyə yaxınlaşırlar.
Ətəqin şərq cəbhəsində Əl-Əmaləqə qüvvələri Əl-Cəlfuz bölgəsi və 611-ci məhəllə üzərinə ağır hücum həyata keçiriblər, lakin indiyə qədər heç bir xüsusi nəticə əldə etməyiblər, beləliklə şərqdə İslah partiyasının mövqelərinin zəifliyini nəzərə alaraq bu ərazilərin Əl-Əmaləqə qüvvələrinin əlinə düşməsi gözləniləndən çox da uzaq deyil. Bu toqquşmalarda hər iki tərəfdən itkilərin ümumi sayı indiyədək 17 nəfərin öldüyü, 40-dan çox insanın yaralandığı bildirilir.
Ətəq şəhərinin şəraiti eyni şəkildə davam edərsə, Ətəq şəhərinin İslah partiyası tərəfindən nəzarətə götürülməsi heç də çətin deyil. İvəd bin Əl-Vəzir Əl-Avlakinin Ətəqdə məğlub olması BƏƏ-nin və Tariq Salehin Şəbvə vilayətində məğlub olması deməkdir və Yəmənin işğal olunmuş ərazilərində İslah Partiyasının gücünü artırır. Gözlənilir ki, istefa vermiş hökumət Əl-Avlakini hakimiyyətdə saxlamaq üçün Bihan və Hərib rayonlarından daha çox silahlı şəxs və texnikanı Ətəqə göndərəcək.
Daha çox oxuyun:
Yəməndə baş verən son hadisələr, 8 Avqust 2022
İstefa vermiş hökumət İslah partiyasının silahlılarını Şəbvə əyalətindən qovmaq istəyir
Rəy