İraqın şimalında iki türk əsgəri həlak olub + FOTO

Çərşənbə, 10 Avqust 2022 - 16:08
https://az.iswnews.com/?p=11497

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha iki əsgərinin həlak olduğunu açıqlayıb.

Türkiyə Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin “Mustafa Demir” və “Halil Koç” adlı iki əsgərinin həlak olduğunu etiraf edib. Bu iki əsgər İraqın şimalında partlayıcı qurğunun partlaması nəticəsində yaralanıb və aldığı xəsarətlərin şiddətindən tibb mərkəzlərinə aparıldıqdan sonra dünyasını dəyişib.

Belə ki, Türkiyə müdafiə naziri Hulusi Akarın əmri ilə bu il aprelin 18-də səhər saatlarında İraqın şimalında PKK silahlılarına qarşı başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusunun itkilərinin sayı 48-ə artıb.

Bu il avqustun 6-da Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı əsgərlərindən birinin həlak olduğunu açıqlamışdır.

Daha çox oxuyun:
İraqın şimalında türkiyəli əsgər həlak olub

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.