Suriyada baş verən son hadisələr, 9 Avqust 2022

Çərşənbə axşamı 9 Avqust 2022 - 23:09
https://az.iswnews.com/?p=11477

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suveyda vilayətində etirazların artması və təhlükəsizlik insidentlərindən sonra Suveydanın tanınmış ictimai və dini xadimləri Əl-Məzrəə şəhərində rus hərbçiləri ilə görüşüb söhbət ediblər.

1- Hələb:
– Avqustun 6-da Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə Afrinin kənarındakı Mərənaz kəndini hədəfə aldılar.

– Avqustun 6-da Afrinin kənarında yerləşən Şərava rayonunun Beneh kəndi Türkiyənin dəstəklədiyi terroçu qüvvələrin artilleriya hücumlarına məruz qalıb.

2- İdlib:
– Avqustun 9-da Suriya ordusunun artilleriya hücumları nəticəsində İdlibin cənubunda yerləşən “Əlbarə” qəsəbəsi və “Deyrsünbül” bölgəsi ətrafında terrorçuların mövqeləri hədəfə alınıb.
– Avqustun 8-də “Cədraya” və “Əs-Səhn” bölgələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Avqustun 6-da Suriya ordusunun qüvvələrindən biri İdlibin cənub cəbhəsində mina partlaması nəticəsində şəhid olub.

3- Dəraa:
Avqustun 8-də Dəraanın şərqində yerləşən evdə əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 2 nəfər ölüb, daha bir nəfər yaralanıb.

4- Deyr əz-Zor:
Avqustun 8-də Suriya ordusunun “Basil Bədi Əl-Hənuni” adlı qüvvələrindən biri Əl-Bukamal şəhəri ətrafında mina partlaması nəticəsində şəhid olub.

5- Raqqa:
– Avqustun 8-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa ətrafını hədəfə aldılar.
– Avqustun 9-da 13 maşından ibarət Türkiyə hərbi karvanı Raqqanın şimalında yerləşən Təll-Əbyədin kənarındakı Əl-Yabisə keçidindən Suriyaya daxil olub.

6- Həsəkə:
– Avqustun 9-da Türkiyənin dəstəklədiyi terrorçu qüvvələr Suriya Demokratik Qüvvələrinin (SDQ) Həsəkə əyalətinin “Təll-Təmər” şəhərinin ətrafında yerləşən “Təll-Təvil” kəndindəki mövqelərini hədəfə alıb.
– Avqustun 8-də Qamışlı şəhərinin kənarında yerləşən Təll-Zuvandakı kürd silahlılarının mövqeləri Türkiyə ordusu tərəfindən hücuma məruz qalıb.

– Avqustun 8-də türk ordusunun Həsəkənin şimalında yerləşən Abu-Rasin şəhərinə hücumundan sonra rabitə qülləsinə ciddi ziyan dəyib.
– Avqustun 8-də Amuda şəhərinin kənarındakı Xərzə kəndində kürd silahlı birləşmələrinin mövqeləri Türkiyə ordusunun artilleriya hücumlarına məruz qalıb.

– Avqustun 6-da Asaiş daxili təhlükəsizlik (YPG) üzvləri Türkiyə ordusunun Qamışlı şəhərinin Əs-Sina məhəlləsinə dron hücumu nəticəsində ikisi uşaq olmaqla dörd nəfərin öldüyünü, ikisinin isə yaralandığını bildirib.

Daha çox oxuyun: Türkiyəyə məxsus dronların Qamışlıya hücumu nəticəsində ikisi uşaq olmaqla 4 nəfər həlak olub

7- Dəməşq:
Avqustun 7-də Suriyanın təhlükəsizlik qüvvələrindən biri Həfir Əl-Fuqa bölgəsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

8- Həma:
– Avqustun 8-də Suriya ordusu Həmada yerləşən Əl-Ənkavi, Qəlidin, Əl-Ləc, Əl-Qahirə, Əl-Dəqmaq və Əz-Zəqqum kəndlərində terrorçu qüvvələrin mövqelərini artilleriya ilə hədəfə alıb.
– Avqustun 7-də Suriya ordusunun Səhl Əl-Ğab cəbhəsində “Ənsarut-Türkistan” terrorçularının avtomobilini idarə olunan raketlə hədəfə alması nəticəsində bu qruplaşmanın 3 üzvü həlak olub, bir neçə nəfər isə yaralanıb.

9- Suveyda:
Avqustun 8-də Suveyda əyalətində etirazların artması və təhlükəsizlik insidentlərindən sonra Suveydanın tanınmış ictimai və din xadimləri Əl-Məzrəə şəhərində rus hərbçiləri ilə görüşüb söhbət ediblər. Bu görüşdə bəzi məsələlər, o cümlədən İranın dəstəklədiyi qüvvələrin Suveydada olması və dolanışıq məsələləri müzakirə edilib.

10- Avqustun 8-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində 4 dəfə atəşkəsi pozublar, bunlardan 1-i Latakiya vilayətində, 3-ü isə Hələb əyalətində baş verib.

11- Avqustun 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, biz hələ də Suriyanın şimalında 30 kilometr dərinlikdə təhlükəsiz zonanın yaradılmasında israrlıyıq. Terrorçuların sızdığı əraziləri təmizləyəcəyik.

12- Avqustun 7-də Türkiyə Müdafiə Nazirliyi Fərat Qalxanı və Zeytun Budağı əməliyyatları bölgələrində 13 kürd silahlısının öldürüldüyünü açıqlayıb.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir