Fəth hərəkatının Nablusdakı hərbi qolunun komandiri şəhid oldu + VİDEO və FOTO

Çərşənbə axşamı, 9 Avqust 2022 - 22:12
https://az.iswnews.com/?p=11461

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fəth hərəkatının hərbi qolu olan “Əl-Əqsa Şəhidləri” taborlarının Nablusdakı komandiri İbrahim Ən-Nablusi sionist rejimin bu şəhərə hücumu nəticəsində şəhid olub.

Sionist rejim qüvvələri bu gün avqustun 9-da İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə basqın edərək şəhərin köhnə hissəsində təhlükəsizlik əməliyyatına başlayıb və bir neçə evi mühasirəyə alıblar.

Sionistlərin bu hərəkətindən sonra onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli qarşıdurma yarandı və bu əsnada “Əl-Əqsa Şəhidləri” taborlarının komandiri İbrahim Ən-Nablusi digər müqavimət qüvvələrindən biri olan İslam Səbuhla birgə şəhid olublar. Həmçinin bu toqquşmalar zamanı daha 40 fələstinli yaralanıb.

Qeyd edək ki, “İbrahim Ən-Nablusi” İsrail hərbçiləri tərəfindən uzun müddət axtarışda olan Nablus şəhərindəki müqavimət döyüşçülərindən biri olub. Bu il iyulun 24-də səhər saatlarında sionist rejimin bir sıra xüsusi təyinatlı qüvvələri Nablus şəhərinin köhnə hissəsinə basqın edərək bu ərazidə şiddətli qarşıdurma baş vermişdir. Bu hücum nəticəsində “İbrahim Ən-Nabulsi”nin “Muhəmməd Əl-Əzizi” (22 yaş) və “Əbud Subuh” (29 yaş) adlı iki yoldaşı şəhid olmuş və sionist rejim qüvvələri o zaman Ən-Nabulsinin tutulması və ya şəhid edilməsinə nail ola bilməmişdilər.

Fələstin müqavimət dəstələri ilə İsrail rejimi arasında son zamanlar yaranmış gərginliyi nəzərə alsaq, çox güman ki, sionistlərin bu hərəkətindən sonra işğal olunmuş ərazilər Fələstin müqavimət qüvvələrinin raket hücumlarının hədəfinə çevriləcək.

Daha çox oxuyun: Sionistlərin Nablusa etdikləri basqında iki fələstinli şəhid olub + VİDEO və FOTO

Nablusda müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında qarşıdurmanın videosu
İsrail ordusunun köməkçi qüvvələrinin Nablusdakı toqquşma yerinə gəlməsi
(18+) Şəhid İbrahim Ən-Nablusinin sionist rejim qüvvələri tərəfindən şəhid olduqdan sonra cəsədinin şəkli
Şəhid İbrahim Ən-Nablusinin xəstəxanaya aparıldığı anı
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.