Yəməndə baş verən son hadisələr, 8 Avqust 2022

Bazar ertəsi 8 Avqust 2022 - 23:49
https://az.iswnews.com/?p=11427

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Şəbvə əyalətində İslah partiyasının silahlıları ilə Yəmənin istefa vermiş hökuməti qüvvələri arasında gərginliyin artmasının ardınca hər iki tərəfin qüvvələrindən 25-dən çox adam öldürülüb və yaralanıb.

1 – Şəbvə:
– Avqustun 6-da Şəbvə vilayətində İslah partiyası ilə istefa vermiş hökumət qüvvələri arasında yaranan gərginlikdən sonra Əl-Əmaləqə qüvvələri Şəbvə qubernatoru İvəd bin Əl-Vəzir əl-Avlakini dəstəkləmək üçün Mərəh bazasına daxil olublar. “İslah” partiyası da mövqelərini möhkəmləndirmək üçün Ətəq şəhərinə bir neçə hərbi maşından ibarət karvan göndərib.
– Avqustun 8-də Ətəq hava limanının kənarında və 21-ci briqadanın bazasında İslah Partiyasının silahlıları ilə Əl-Əmaləqə qüvvələri arasında toqquşma olub.
– Avqustun 8-də İslah Partiyası silahlıları ilə Şəbvə qubernatorunun silahlı qüvvələri arasında baş vermiş toqquşmalar nəticəsində 25 nəfər həlak olub və yaralanıb.

2- Əl-Məhrə:
Əl-Məhrə qəbilələrinə aid silahlılar Səudiyyə koalisiyasına məxsus kəşfiyyat dronunu Qəşan rayonu səmasında vurublar. Yerli mənbələrdən dərc edilən görüntülərə görə, bu dronun Scan-Eagle tipli (ABŞ istehsalı) olduğu görünür.

Qəşan rayonunda vurulan dronun qalıqları

3- Sənaa:
Avqustun 7-də Sənaa şəhəri ətrafında bir neçə partlayış səsi eşidilib. Səudiyyə koalisiyasına bağlı mənbələr Ənsarullahın raket sınağını iddia edərək 6 iranlı və livanlı müşavirin öldüyünü bildiriblər, bəzi yerli mənbələr isə bu partlayışları mina və partlayıcı maddələrin məhv edilməsi ilə əlaqələndiriblər.

4- Əl-Hudəydə:
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 120 dəfə pozublar.
– Səudiyyə koalisiya qüvvələrinin Əl-Tahitə rayonunun Əl-Məcər bölgəsinə yerləşdirdiyi minanın partlaması nəticəsində bir uşaq şəhid olub, iki nəfər yaralanıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir