İran donanması Bakıda + FOTO

Bazar ertəsi 8 Avqust 2022 - 17:37
https://az.iswnews.com/?p=11411

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının dəniz donanması 7-ci Xəzər dənizi kubokunda iştirak etmək üçün Bakı limanına daxil olub.

Bu yarışlarda Bəndər Ənzəlidə yerləşən Şimal Donanmasının “Coşən” və “Peykan” freqatları iştirak edib və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və İran İslam Respublikasının səfirliyinin rəsmiləri tərəfindən dünən 7 avqust tarixində qarşılanıb.

Dəniz Kuboku 2015-ci ildən İran İslam Respublikası, Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin təhlükəsizliyini təmin etmək üçün hərbi diplomatiyanın gücləndirilməsi və müdafiə qüdrətinin artırılması məqsədilə keçirilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir