Bəlxdə Taliban silahlıları tərəfindən İmam Hüseyn (ə) bayraqları aşağı endirilib

Bazar ertəsi 8 Avqust 2022 - 16:41
https://az.iswnews.com/?p=11408

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban silahlıları Məhərrəm ayının matəm günləri münasibətilə Məzari-Şərif şəhərinin ictimai yerlərində asılmış bayraqları söküblər.

Avqustun 6-da Taliban silahlıları Məzari-Şərifin ictimai yerlərində matəm bayraqlarını aşağı salıblar. Taliban Məzari-Şərifdəki bütün şiə dini qruplarına şəhərdəki ictimai yerlərdən bütün Məhərrəm ayı ilə əlaqədar bayraqları yığmağı əmr edib.

Həmçinin, Taliban silahlıları Aşura günü baş qərargah tərəfindən keçirilən Səxi ziyarətgahında sinə vurmaq və yas mərasiminin keçirilməsinin qarşısını alıblar. Aşura qərargahı hər il Məhərrəm ayının 10-cu günü cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə Səxi ziyarətgahında yas mərasimi keçirirdisə, bu il “Taliban” silahlıları mərasimin keçirilməsinə mane olublar.

İslam Əmirliyinin (Talibanın) tərkibində vəhhabi və təkfirçi ideyalara malik Taliban silahlılarının olması məhdudiyyətlər yaradıb və Əfqanıstanın şimalında məhərrəmliy matəminin qarşısını alıb. Bu, əvvəllər Talibanın şiə dini mərasimlərinin keçirilməsi ilə bağlı heç bir probleminin olmadığı deyilirdi və bəzi mərasimlərdə Talibanın onları müşayiət etdiyini görürdük…

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir