Türkiyəyə məxsus dronların Qamışlıya hücumu nəticəsində ikisi uşaq olmaqla 4 nəfər həlak olub

Bazar ertəsi, 8 Avqust 2022 - 15:00
https://az.iswnews.com/?p=11405

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusuna məxsus dronlar kürd silahlı birləşmələri ilə mübarizə bəhanəsi ilə Qamışlı şəhərindəki hədəflərə hücum edib.

Avqustun 6-da axşam saatlarında Asayesh daxili təhlükəsizlik (YPG) silahlıları Türkiyə ordusunun Qamışlı şəhərinin Elsina məhəlləsinə dron hücumu nəticəsində ikisi uşaq olmaqla dörd nəfərin həlak olduğunu, ikisinin isə yaralandığını bildirib. Türkiyə rəsmiləri və hərbi komandirləri bu hücumla bağlı hələlik şərh verməyiblər.

Son aylarda və xüsusən də Türkiyənin Suriyanın şimalında yeni əməliyyatının başlaması ilə bağlı söz-söhbətlərlə eyni vaxtda Türkiyə dronlarının kürd silahlılarının mövqelərinə hücumları və Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı məqsədyönlü sui-qəsdlər artıb.

Həmçinin avqustun 4-də Təll-Rəəfət şəhərinin mərkəzi Türkiyə ordusunun dronları tərəfindən hədəfə alınmışdır. Bu hücum nəticəsində beşi uşaq olmaqla azı beş mülki şəxs yaralanmışdır.

Daha çox oxuyun: Suriyada baş verən son hadisələr, 6 Avqust 2022

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.