Korrupsioner siyasətçinin Azərbaycan Respublikasının Nizami Gəncəvi mərkəzinə üzvlüyü

Bazar ertəsi 8 Avqust 2022 - 02:01
https://az.iswnews.com/?p=11399

Azərtac xəbər agentliyi Albaniyanın keçmiş prezidentinin Nizami Gəncəvi mərkəzinin üzvü olduğunu açıqlayıb. İlir Meta məmnunluqla dedi: “Nizami Gəncəvi Mərkəzi təcrübələrimi təqdim etmək üçün yaxşı yerdir!”

Nizami Gəncəvi mərkəzi Bolqarıstan, Çin, Misir, Fransa, Yunanıstan, İtaliya, İordaniya, Litva, Moldova, Polşa, İspaniya, Türkiyə, Ukrayna, Amerika, İsveçrə, İsveç, qəsbkar İsrail rejiminin keçmiş və indiki rəhbərlərindən təşkil olunub. Bu mərkəz hər il beynəlxalq böhranlarlarla tanışlıq üçün Bakı Dünya Forumunu təşkil edir.

Xalq Mücahidləri (İrana müxalif olan münafiqlər) təşkilatının qəbulu

İlir Meta prezidentlikdən əlavə, Albaniyanın baş naziri, xarici işlər naziri, ticarət və enerji naziri vəzifələrində də çalışıb. 2016-ci ildə Xalq Mücahidləri (İrana müxalif olan) təşkilatının İraqın Azadlıq düşərgəsindən qovulması ilə eyni vaxtda o vaxtkı baş nazir Edi Rama ilə birlikdə bu təşkilatın iki min üzvünü Albaniyanın paytaxtı olan Tiranda onlara sığnacaq verdi. Bununla bağlı Amerika hökuməti bu ölkəyə 25 milyon dollar maliyyə yardımı edib.

Korrupsiyaya ittiham olunan keçmiş prezident

Bu Şərqi Avropa ölkəsində mütəşəkkil cinayətkarlıq və narkotik ticarəti ilə bağlı qeydlər Avropa İttifaqının bu ölkəni Birliyə qəbul etməkdən imtina etməsinə səbəb olub. Həmçinin bildirilir ki, Albaniyada münafiqlər (Xalq Mücahidləri təşkilatı) üçün Tiran düşərgəsinin yaradılmasının səbəbi bir növ rüşvətxorluq və Amerika təhlükəsizlik təşkilatları tərəfindən Albaniya dövlət məmurlarının təqibinin qarşısını almaqdır. Albaniya mətbuatının yazdığına görə, bu təşkilat üzvləri bu ölkənin siyasətçiləri ilə mütəşəkkil cinayətlərdə əməkdaşlıq edirlər.

Əgər belə hallar doğrudursa, Azərbaycan prezidenti İlham Əliyev Avropanın mafiya məmurlarından birinin qapısını Azərbaycanın üzünə açacaq. Bununla belə, Əliyev ailəsinin oxşar fəaliyyətləri, məsələn, NATO-nun Əfqanıstanda olduğu müddətdə bu ölkədən hərbi nəqliyyat təyyarələrinin narkotik qaçaqmalçılığı kimi fəaliyyətləri barədə təsdiqlənməmiş məlumatlar var.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Əfqanıstandakı NATO koalisiya qüvvələrini Əfqanıstanda istehsal olunan narkotiklərin Avropaya tranzit edilməsində ittiham edib. Rusiya Xarici İşlər Naziri təyyarələrdən və hərbi logistika yüklərindən istifadə edildiyini bildirərək, onların yoxlanılmasını tələb edib. Azərbaycan ordusu Əfqanıstanda mövcud olan koalisiya qüvvələri şəklində maddi-texniki təminat rolunu oynayıb.

Həmçinin ABŞ Dövlət Departamentinin narkotiklərin qurudan tranziti ilə bağlı 2016-cı il hesabatına əsasən açıqlanıb: Əfqanıstanda istehsal olunan narkotiklər qurudan İrana daxil olur və Azərbaycan Respublikasına daşınır. Azərbaycan hökuməti tranzit narkotiklərin cəmi 17%-ni aşkar edir, qalanı isə Avropaya gedir.

Həmçinin İlham Əliyevin ailə əmlakının idarə olunmasına məsul şəxs Abdulbari Gözəl həmişə çirkli pulların yuyulmasında ittiham olunur və Azərbaycan Prokurorluğu onun barəsində araşdırma aparmır. Lavrovun hesabatı, Xarici İşlər Nazirliyi və Gözəlin rolu Əliyevin qanunsuz fəaliyyətinə dair şübhələri gücləndirir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir