Fələstin müqaviməti ilə sionist rejimi arasındakı müharibənin üçüncü gününün xəbərləri, 7 Avqust 2022

Bazar 7 Avqust 2022 - 23:24
https://az.iswnews.com/?p=11345

Fələstin müqavimət dəstələri ilə sionist rejim arasındakı toqquşmalarla bağlı son xəbərləri anba-an izləyin.

00:05 – Qəzza Səhiyyə Nazirliyinin elanına əsasən, sionist rejimin Qəzza zolağına hücumlarının əvvəlindən 6-sı uşaq olmaqla 24 fələstinli şəhid olub, 203 nəfər isə yaralanıb.

00:20 – Sionist rejim ordusunun sözçüsü iddia edib ki, ordu və Şabak qüvvələri Rəfəhdə birgə əməliyyat zamanı İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsdə cənub bölgəsinin komandiri “Xalid Mənsur”u qətlə yetirib.

00:25 – Yair Lapid, Mossad rəhbəri, Şabak rəhbəri, Daxili Təhlükəsizlik Şurasının rəhbəri Naftali Bennett, baş nazirlik aparatının baş direktoru, ordunun baş qərargah rəisi və digər İsrail təhlükəsizlik rəsmilərinin iştirakı ilə Qəzzaya hücumla bağlı son hadisələrin təqibi üçün sionist rejimin təhlükəsizlik kabinetinin iclası keçirilib.

02:59 – Qəzza Səhiyyə Nazirliyinin elanına əsasən, sionist rejimin Qəzza zolağına hücumlarının əvvəlindən 6-sı uşaq olmaqla 24 fələstinli şəhid olub, 215 nəfər isə yaralanıb.

10:07 – Fələstin müqavimətinin raket hücumları ilə əlaqədar işğal olunmuş ərazilərdə həyəcan siqnalı çalınıb.

10:22 – Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds İsrailin Rəfəh şəhərinə endirdiyi hava hücumunda yüksək rütbəli komandirlərindən biri, Əbur-Rağib ləqəbli Xalid Səid Mənsurun şəhid olduğunu təsdiqləyib.

10:34 – Qəzza Səhiyyə Nazirliyinin elanına əsasən, sionist rejimin Qəzzə zolağına hücumlarının əvvəlindən 6-sı uşaq və 4-ü qadın olmaqla 29 fələstinli şəhid olub, 253 nəfər isə yaralanıb.

10:50 – Fələstin müqavimətinin sionistlərin Sderot qəsəbəsinə atdığı raketlərdən birinin qalıqları.

12:57 – İbrani mediaları iddia edib ki, sionist rejimin Daxili Təhlükəsizlik Təşkilatının (Şabak) rəhbəri bu rejimin təhlükəsizlik kabinetinə Qəzzəyə qarşı hərbi əməliyyatları dayandırmağı tövsiyə edib.

13:31 – Bir neçə dəqiqə əvvəl; İşğal altında olan Əsqəlan şəhərinin səması.
Fələstin müqavimət raketlərinin qarşısını almaq üçün Dəmir Qübbə sisteminin işə salınması.

13:37 – Fələstin müqavimət raketlərindən biri işğal altındakı Əsqəlan şəhərinə düşüb.

15:06 – Hazırda; Sionistlərin yaşadığı Sderot qəsəbəsinin səması.

15:58 – Bir cəbhə mənbəsinin agentliyimizə verdiyi xəbərə əsasən Qəzzanın şərqində yerləşən Nahel Uzdəki sionist ordu bazasına bir neçə təcili yardım maşını gedib.

16:07 – Qəzza Səhiyyə Nazirliyinin elanına əsasən, sionist rejimin Qəzza zolağına hücumlarının əvvəlindən 6-sı uşaq və 4-ü qadın olmaqla 31 fələstinli şəhid olub, 275 nəfər isə yaralanıb.

16:37 – İbrani mediaları iddia edib ki, münaqişə başlayandan bəri Qəzzadan işğal olunmuş ərazilərə doğru 700-dən çox raket atılıb.

16:49 – Fələstin müqavimətinin raket hücumları səbəbindən işğal olunmuş ərazilərdə həyəcan siqnalı çalınıb.

16:58 – Yerli mənbələrin məlumatına görə, son dəqiqələrdə Qəzzadan işğal olunmuş ərazilərə doğru 100-dən çox raket atılıb.

17:15 – Fələstin müqavimətinin raketlərindən biri işğal altında olan Netifot şəhərinə düşüb.

18:35 – Fələstin müqavimətinin raket hücumlarına görə işğal olunmuş ərazilərdə həyəcan siqnalı çalınıb.

20:29 – Fələstin müqavimətinin raket hücumlarına görə işğal olunmuş ərazilərdə həyəcan siqnalı çalınıb.

Bu xəbər yenilənir…

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir