İsrailin Qəzzaya hava hücumunda ikinci yüksək rütbəli İslami Cihad komandiri şəhid olub + FOTO

Bazar 7 Avqust 2022 - 21:56
https://az.iswnews.com/?p=11333

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsün yüksək rütbəli komandirlərindən biri Xalid Mənsur sionist rejim qırıcılarının Rəfəh şəhərinə hədəfli hücumu nəticəsində şəhid olub.

Sionist rejim ordusunun sözçüsü avqustun 7-də səhər saatlarında ordu və Şabak qüvvələrinin Rəfəhdə birgə əməliyyatı zamanı Sərayəl-Qüdsdə cənub bölgəsinin komandanı “Xalid Mənsur”a sui-qəsd etdiyini iddia edib.Bu hadisədən bir neçə saat sonra Fələstin İslami Cihad hərəkatı İsrailin Rəfəh şəhərinə endirdiyi hava hücumunda “Əbur-Rağib” ləqəbli “Xalid Səid Mənsur” adlı yüksək rütbəli komandirlərindən birinin şəhid olduğunu təsdiqləyib.

Xalid Mənsur keçmişdə bir neçə sionist sui-qəsd əməliyyatından sağ çıxmışdı. O, Sərayəl-Qüdsun hərbi infrastrukturunun inkişafında, xüsusən də raketlərin istehsalında mühüm rol oynayıb.

Xalid Mənsurun şəhadəti ilə sionist rejimin Qəzza zolağına qarşı “Əl-Fəcrus-Sadiq” kimi tanınan əməliyyatının əvvəlindən İsrail aviasiyası tərəfindən şəhadətə çatmış Sərayəl-Qüds komandirlərinin sayı ikiyə çatıb.

Həmçinin avqustun 5-də İsrail qırıcı təyyarələri Qəzza şəhərinin Əş-Şühəda prospektindəki Fələstin adlı yaşayış kompleksinə hücumu zamanı Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds qüvvələrinin yüksək rütbəli komandirlərindən biri və şimal bölgəsinə nəzarət edən “Təysir Mahmud Əl-Cəəbəri”, digər iki üzvü ”Məhəmməd Əl-Biyuk” və “Səlamə Abid” və beş yaşlı uşaq şəhid olmuş, daha 15 nəfər yaralanmışdır.

Daha çox oxuyun:

İsrail ordusunun Qəzzaya hücumunda İslami Cihad komandirlərindən biri şəhid olub + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir