İraqda baş verən son hadisələr, 12 Fevral 2022

Şənbə 12 Fevral 2022 - 15:58
https://az.iswnews.com/?p=1131

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Həşd Şəəbi qüvvələri İraq ordusu və polisi ilə birlikdə Səlahəddin əyalətindəki Əl-Bumarmus adasında İŞİD-in bir sıra sığınacaqlarını məhv edib.

1- Bağdad:
Fevralın 6-da Bağdad Beynəlxalq Hava Limanına raket hücumu edən şəxs Bağdaddan qaçarkən İraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Qeyd edək ki, yanvarın 28-də Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Viktoriya bazasında amerikalı işğalçıların mövqeləri 6 ədəd 107 mm-lik raketlə hədəfə alınmışdır.

2- Səlahəddin:

  • Fevralın 10-da Salahəddin əyalətində amerikalı işğalçıların lojistika karvanına “Livau Ser Əl-Muhəndis” müqavimət dəstəsi hücum etmişdir.
  • Fevralın 8-də Həşd Şəəbi qüvvələri İraq ordusu və polisi ilə birlikdə Salahəddin əyalətindəki Əl-Bumarmous adasında İŞİD-in bir sıra sığınacaqlarını məhv edib.

3- Əl-Musənna:

  • Fevralın 10-da Əl-Musənna əyalətində Amerika işğalçılarının iki lojistik karvanına müqavimət dəstələri hücum ediblər.
  • Fevralın 6-da Əl-Musənna əyalətində Amerika işğalçılarının iki lojistik karvanına müqavimət dəstələri hücum ediblər.

4- Qədisiyyə:
Fevralın 6-da Qədisiyyə əyalətində ABŞ hərbçilərinin lojistika karvanına müqavimət dəstələri hücum ediblər.

5- Əl-Ənbar:

  • Fevralın 7-də Əl-Ənbarın şərqindəki əl-Kərmə bölgəsində İŞİD ünsürlərinə qarşı mübarizə üçün bir sıra İraqın “Kətaib Hizbullah” müqavimət dəstəsinin üzvləri yerləşdirilib.
  • Fevralın 8-də Əl-Ənbar vilayətinin Rava bölgəsində İraq əsgərlərini daşıyan avtomobildə baş verən partlayış nəticəsində beş İraq ordusu əsgəri şəhid olub, bir neçəsi yaralanıb.

6- Fevralın 8-də İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar İsmail Qaani Nəcəf vilayətinin Əl-Hənnanə məntəqəsində İraqdakı Sədr fraksiyasının lideri Müqtəda Sədr ilə görüşüb.

7- Fevralın 10-da İraqın Həşd Şəəbi təşkilatının rəhbəri Faleh Əl-Fəyyad təşkilatı silahlandırmaq üçün müasir və yüksək keyfiyyətli silahların alınması naminə yeni silah müqavilələrinin imzalandığını açıqladı.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir