Kabilin qərbində terrorçuların törətdiyi partlayışlarda 68 şəhid və yaralı var

Bazar 7 Avqust 2022 - 15:37
https://az.iswnews.com/?p=11302

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD-in Kabilin qərbində İmam Hüseynin (ə) əzadarlarına qarşı həyata keçirdiyi terror hücumları nəticəsində 68 mülki şəxs şəhid olub və yaralanıb.

Avqustun 5-də Kabilin 6-cı rayonunda yerləşən Sər Karizdə İmam Məhəmməd Baqir (ə) məscidi yaxınlığında törədilən terror aktı nəticəsində 12 mülki şəxs şəhid olub, 21 mülki şəxs yaralanıb. Həmçinin, avqustun 6-da Kabilin 6-cı rayonunda yerləşən Pole Suxtedə Məhərrəmi bazarı yaxınlığında törədilən növbəti terror partlayışı nəticəsində 13 mülki şəxs şəhid olub, 22 mülki şəxs yaralanıb.

İŞİD qruplaşması bəyanat yayaraq İmam Məhəmməd Baqir (ə) məscidi yaxınlığında törədilən terror aktına və Pole Suxtedə yerləşən Məhərrəmi bazarında törədilən terror partlayışına görə məsuliyyəti öz üzərinə götürüb.

Pole Suxte məntəqəsində yerləşən Məhərrəmi bazarı Kabilin ən sıx yerlərdən biri hesab edildiyi üçün bu ərazidə terror partlayışı zamanı şəhid və yaralıların sayı arta bilər.

Bu, bir həftədən az müddətdə Kabilin qərbində şiələrin dini mərasimlərini hədəf alan və onlarla dinc sakinin şəhadətinə və yaralanmasına səbəb olan üçüncü terror aktıdır. Əfqanıstanın paytaxtında, şərqində və şimalında İŞİD terror aktlarının artması göstərir ki, İŞİD bu ölkədə güclənir və Taliban tərəfdarları bu terror qruplaşmasının qarşısını almaqda uğur qazana bilmirlər.

Şəkil: Bu terror hücumlarında şəhid olan bir neçə azyaşlı uşaqlar

Daha çox oxuyun:
İmam Sahib şəhərindəki Əl-Rəis məscidində terror partlayışı
Kabil və Məzari-Şərifdə baş verən son terror aktlarının təfərrüatları + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir