Suriyada baş verən son hadisələr, 6 Avqust 2022

Şənbə, 6 Avqust 2022 - 19:06
https://az.iswnews.com/?p=11221

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa əyalətində məqsədyönlü sui-qəsdlərin davamlı olması ilə birgə yerli məmurlardan biri, terrorçuların iki keçmiş üzvü və iki Suriya əsgəri naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

1- Hələb:
– Avqustun 4-də Təll-Rəəfət şəhərinin mərkəzi Türkiyə ordusunun dronları tərəfindən hədəfə alınıb. Bu hücum nəticəsində beşi uşaq olmaqla azı beş mülki şəxs yaralanıb.
– Avqustun 4-də Əzaz və Mare ətraflarında terrorçuların mövqeləri Suriya Demokratik Qüvvələrinin (SDQ) artilleriya hücumları ilə hədəfə alınıb.
– Avqustun 3-də Suriya ordusu Hələbin qərbində yerləşən Kəfər-Təal və Kəfərəmə kəndlərindəki terrorçuların mövqelərini artilleriya hücumları ilə hədəfə alıb.
– Avqustun 3-də Türkiyənin dəstəklədiyi terrorçular Hələbin qərbində yerləşən Əl-Muhəndisin bölgəsində Suriya ordusunun mövqelərini artilleriya hücumu ilə hədəfə alıb.
– Avqustun 3-də kürd silahlıları Hələbin şimalında yerləşən Əzaz şəhərinin cənubundakı Kəlcəbrin bölgəsində Türkiyə ordusunun bazasını artilleriya hücumu ilə hədəfə alıb.

2- İdlib:
– Avqustun 4-də Suriya ordusu qüvvələri İdlibin şərqində yerləşən Səraqib şəhərinin kənarında Afis cəbhəsində Türkiyə ordusuna məxsus avtomobili idarə olunan raketlə hədəfə alıb.
– Avqustun 2-də İdlibin cənubunda yerləşən “Əlbarə” qəsəbəsinin ətrafında yerləşən terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Avqustun 2-də İdlibin cənubunda yerləşən “Moarablit” bölgəsinin ətraf qəsəbələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Avqustun 2-də Suriya ordusunun İdlib vilayətində yerləşən Deyr Sünbüldəki terrorçuların mövqelərinə artilleriya zərbələri nəticəsində bir terrorçu həlak olub.

3- Dəraa:
– Avqustun 4-də Bəəs Partiyasının katibi Dəraa əyalətinin Əl-Hərrak qəsəbəsində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib. Həmçinin, Əl-Hərrak qəsəbəsində və Tefs şəhəri yaxınlığında terrorçuların iki keçmiş üzvü naməlum silahlı şəxslər tərəfindən öldürülüb.
– Avqustun 3-də Suriya Ordusunun kəşfiyyat qüvvələrindən biri Əl-Musayrafədə naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Avqustun 2-də Əl-Nəimə şəhərində Suriyanın təhlükəsizlik qüvvələrindən biri naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

4- Deyr əz-Zor:
Avqustun 6-da Deyr əz-Zor şəhərində minanın partlaması nəticəsində beş uşaq və bir qadın xəsarət alıb.

5- Raqqa:
– Avqustun 6-da Rusiya qırıcı təyyarələri Raqqnın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarına hücum edib.
– Avqustun 4-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa ətrafını hədəfə aldılar.

6- Həsəkə:
– Avqustun 3-də Asaiş Daxili Təhlükəsizlik Qüvvələrinin (YPG) Təll-Təmərdəki qərargahlarından biri Türkiyəyə məxsus dronun hücumuna məruz qalıb.
– Avqustun 3-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumu ilə Təll-Təmər ətrafını hədəfə aldılar.

7- Dəməşq:
Avqustun 3-də Suriya ordusunun qüvvələrindən biri Dəməşq vilayətinin Həfirul-Fuqa bölgəsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

8- Homs:
– Avqustun 3-də İŞİD ünsürlərinin Homs vilayətinin Əs-Sixnə şəhəri ətrafında Suriya ordusuna məxsus avtomobilə hücumu nəticəsində bir neçə suriyalı əsgər şəhid olub və yaralanıb.
– Avqustun 4-də Rusiya qırıcı təyyarələri Homs əyalətində Əs-Sixnənin şimal-qərbində yerləşən “Livau-Şühədai-Qəriyəteyn” (Ceyşul-Hurr terrorçularına bağlı qruplardan biri) kimi tanınan ABŞ-ın dəstəklədiyi terrorçuların toplaşdığı məkanı hədəfə alıb.

Daha çox oxuyun: Suriyanın şərqində ABŞ-ın dəstəklədiyi terrorçulara Rusiya qırıcıları hücum edib + VİDEO

– Avqustun 4-də Palmiranın qərbindəki Cəhar qaz yatağı yaxınlığında Suriya ordusunun qərargahına İŞİD ünsürlərinin hücumu nəticəsində 7 Suriya əsgəri şəhid olub.

9- Avqustun 5-də Rusiyanın Suriyadakı Barışıq Mərkəzi elan edib: Terrorçular İdlib bölgəsində 9 dəfə atəşkəs rejimini pozublar, onlardan 1-i Latakiya əyalətində, 1-i Həma əyalətində, 1-i İdlib əyalətinin özündə, 6-sı isə Hələb vilayətində baş verib.

10- Avqustun 6-da Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşdə hər iki tərəf Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğuladılar.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.