İsrail ordusunun Qəzzaya hücumunda İslami Cihad komandirlərindən biri şəhid olub + FOTO və VİDEO

Şənbə 6 Avqust 2022 - 16:32
https://az.iswnews.com/?p=11145

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcılarının Qəzzə şəhərinə hədəfli hücumu nəticəsində İslami Cihad hərəkatının yüksək rütbəli komandirlərindən biri və iki üzvü şəhid olub.

Avqustun 5-də İsrail qırıcı təyyarələri Qəzza şəhərinin Əş-Şühəda prospektindəki Fələstin adlı yaşayış kompleksinə hücumu zamanı Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds qüvvələrinin yüksək rütbəli komandirlərindən biri və şimal bölgəsinə nəzarət edən “Təysir Mahmud Əl-Cəəbəri”, digər iki üzvü ”Məhəmməd Əl-Biyuk” və “Səlamə Abid” və beş yaşlı uşaq şəhid olub, daha 15 nəfər yaralanıb.

Bu hücumdan sonra sionist rejim ordusu Fələstin İslami Cihad hərəkatına qarşı “Əl-Fəcrus-Sadiq” adlı əməliyyatın başladığını elan etdi.

Fələstin HƏMAS hərəkatının hərbi qolu olan Əl-Qəssam taborları şəhid “Təysir Mahmud Əl-Cəəbəri” baş da olmaqla Sərayəl-Qüds qüvvələrinin şəhadəti münasibəti ilə başsağlığı verib, Fələstin xalqının qanının yerdə qalmayacağını vurğulayaraq Allahın köməyi ilə sionist rejim işğalına qalib gələcəklərini bildirb.

Livan Hizbullahı dünən bəyanatında sionist rejimin Qəzza zolağına dünənki hücumlarını kəskin şəkildə pisləyib və bir neçə fələstinlinin şəhadəti münasibəti ilə başsağlığı verib. Bu bəyanatın davamında bildirilir ki, biz sionist düşmənin davamlı cinayətlərinə cavab vermək üçün İslami Cihad liderlərinin bütün qərar və hərəkətlərini dəstəkləyirik.

Qeyd edək ki, həmçinin avqustun 2-də səhər saatlarında İsrail hərbçiləri İordan çayının qərb sahilində yerləşən Cənin düşərgəsində helikopterlərin dəstəyi ilə təhlükəsizlik əməliyyatına başlamış və bu əməliyyat zamanı bir fələstinli gənc şəhid olmuş və İslami Cihad hərəkatının liderlərindən biri Şeyx Bəssam Əl-Səədi sionistlər tərəfindən əsir götürülmüşdür.

Sionist rejimin İordan çayının qərb sahili və Qəzzada İslami Cihad hərəkatına qarşı son əməliyyatlarından sonra bu hərəkatın hərbi qolu israillilərin hərəkətlərinə cavab olaraq işğal olunmuş ərazilərə qarşı raket hücumları başladıblar.

Daha çox oxuyun: Sionistlərin Cənin düşərgəsinə hücumu; İslami Cihad Hərəkatının yüksək rütbəli komandiri həbs edilib + VİDEO və FOTO

Sionist rejim ordusunun Qəzza şəhərində yerləşən Fələstin adlı binaya yayımladığı hava hücumunun videosu


Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir