Afrikada baş verən son hadisələr, 11 Fevral 2022

Cümə 11 Fevral 2022 - 23:39
https://az.iswnews.com/?p=1114

Liviya, Nigeriya, Mali, Niger, Efiopiya, Somali, Konqo və Mozambikdən ən son xəbərlər və dəyişikliklər

1- Liviya:

  • Fevralın 10-da Tobruk şəhərində Liviya parlament üzvləri “Fəthi Başağa”nı Liviyanın yeni baş naziri seçdilər. O, əvvəllər Liviya hökumətinin daxili işlər naziri vəzifəsində çalışıb.
  • Fevralın 10-da Tripoli şəhərində Liviya Keçid Hökumətinin hazırkı baş naziri Əbdül Həmid əl-Dubaibanı daşıyan avtomobilə silahlı hücum nəticəsiz olub.

2- Nigeriya:

  • Fevralın 4-də Brno əyalətinin Malom Futuri şəhərinə gedən yolda Nigeriya hərbi karvanı əleyhinə dörd bombanın partlaması nəticəsində 40-dan çox nigeriyalı əsgər həlak olub və yaralanıb.
  • Fevralın 6-da İŞİD terrorçuları Brays qəsəbəsinə hücum edərək bir sıra xristian evlərini yandırıblar. Bu hücumda İŞİD bir xristianlını öldürüb.
  • Fevralın 7-də Nigeriya Ordusuna aid bomba yüklü avtomobil Marte şəhərinə gedən yolda bombanın partlaması nəticəsində məhv edilib və orada olanlar ölüb və yaralanıb.

3- Mali:
Fevralın 3-də Mali hərbçiləri, Malinin şimal-şərqindəki Əzilman bölgəsində Takuba (Avropa və Afrika terrorla mübarizə əməliyyat qrupu) ilə birgə əməliyyatda 20 terrorçunun öldürüldüyünü bildirib.

4- Niger:
Fevralın 6-da İŞİD Niger ordusunun Çitimari şəhərinin cənubundakı nəzarət-buraxılış məntəqəsinə silahlı hücumunun şəkillərini yayımlayıb. Hücum 2022-ci il yanvarın 29-da baş verib.

5- Efiopiya:
Əş-Şəbab terror qruplaşmasının Somali ilə sərhəddə Efiopiya ordusunun bazasına raket hücumu nəticəsində 2 efiopiyalı əsgər ölüb, 5-i yaralanıb.

6- Somali:
Fevralın 10-da Moqadişo şəhərində Əş-Şəbab hərəkatının terrorçu-kamikadze hücumu nəticəsində 6 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

7- Konqo:
Fevralın 4-də İŞİD-in Konqo ordusunun Nobili şəhərindəki keçid məntəqəsinə hücumu zamanı 20 məhbus nəzarət-buraxılış məntəqəsindən qaçıb.

8- Mozambik:
Fevralın 7-də İŞİD-in Kabudelqado əyalətinin Banqala kəndinə hücumu zamanı 3 Afrika koalisiya əsgəri İŞİD tərəfindən əsir götürülüb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam