Fələstin müqaviməti ilə sionist rejim arasında toqquşmaların son xəbərləri, 5 Avqust 2022

Cümə 5 Avqust 2022 - 23:13
https://az.iswnews.com/?p=11061

Fələstin müqavimət dəstələri ilə sionist rejim arasındakı toqquşmalarla bağlı son xəbərləri anba-an izləyin.

Saat: 16:16 – Qəzzada partlayış səsi eşidilir.

Saat 16:17 – Sionist ordusu Qəzzada məntəqələrin hədəf alındığını elan etdi.

Saat 16:27 – Sionist ordusu Qəzzanın şərqində Fələstin müqavimətinin gözətçi qülləsini hədəfə alıb.

Saat 16:33 – Sionist ordusu Fələstin İslami Cihad hərəkatına qarşı “Il-Fəcrus-Sadiq” adlı əməliyyata başladığını elan etdi.

Saat 16:34 – Sionist qırıcılarının Qəzzəyə hücumunun görüntüləri yayılıb.

Saat 16:35 – Sionist ordusu Qəzza zolağının cənubunda İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds müqavimət dəstəsinin gözətçi qülləsini hədəfə alıb.

Saat 16:36 – Yerli mənbələr sionist rejim ordusunun hücumu zamanı İslami Cihad hərəkatının hərbi qolu olan bir sıra Sərayəl-Qüds müqavimət dəstəsinin üzvünün şəhadətini elan ediblər.

Qəzza şəhərinin Əl-Şühəda prospektində İsrail Hərbi Hava Qüvvələri tərəfindən hədəf alınan bina

Saat 16:42 – İsrail tankları Qəzza yaxınlığında yerləşdirilib.

Saat 16:43 – Fələstin müqavimətinin raket zərbələrindən qorxaraq Əsqəlanda sığınacaqların qapıları açılıb.

Saat 16:48 – yerli mənbələr İslami Cihadın hərbi qolu olan Sərayəl-Qüds müqavimət dəstəsinin tanınmış komandiri Təysir Əl-Cəəbəri və daha iki nəfərin, “Məhəmməd Əl-Bəyuk” və “Səlamə Abid”in şəhid olduğunu elan etdilər. Sionist rejim ordusunun Qəzzada bir binaya hava hücumundan sonra beş yaşlı qız da şəhid olub.

Saat 16:54 – İsrail qırıcıları Xan Yunis üzərində uçdu.

Saat 17:03 – Fələstin Səhiyyə Nazirliyi sionist rejimin Qəzzəyə hava hücumları zamanı 15 nəfərin yaralandığını açıqlayıb.

Saat 17:04 – İslami Cihad Hərəkatının baş katibi Ziad Ən-Nəxxalə ilə Əl-Məyadin TV-nin müsahibəsi başladı.

Saat 17:06 – İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds müqavimət dəstəsinin şimal bölgə komandiri, şəhid Təysir Əl-Cəəbərinin cənazəsinin şəkilləri yayılıb.

Saat 17:10 – İbrani mediaları sionist ordusunun Fələstin müqavimətinin Qəzza zolağına bugünkü hücumlarına cavabından qorxaraq Qəzza ilə həmsərhəd şəhərlərdə və hətta Rişon Lezion bölgəsində Dəmir Qübbə sistemini yerləşdirdiyini elan etdi.

Saat 17:24 – İslami Cihad hərəkatının hərbi qanadı olan Sərayəl-Qüds müqavimət dəstəsinin sionistlərin hava hücumu zamanı onun tanınmış liderlərindən birinin, adı “Təysir Əl-Cəəbəri”nin şəhadət xəbərini təsdiqləyib.

Saat 17:24 – Sionist rejimin baş naziri Yair Lapid, saat 18:30-da müharibə naziri Benni Qantz və işğalçı ordunun digər rəhbərlərinin iştirakı ilə Təl-Əvivdəki Müharibə Nazirliyinin qərargahında vəziyyətin müzakirəsi üçün iclas keçirəcək.

Saat 17:30 – İbrani Kanal 13 elan edib ki, Qəzzada hazırkı əməliyyata nəzarət edən şəxs sionist rejimin “Şin Bet”in daxili təhlükəsizlik agentliyinin rəhbəri “Ronen Bar”dır.

Saat 17:40 – Sionist ordusu Fələstin müqavimətinin cavab raket hücumlarından ehtiyat edərək Təl-Əvivin kənarında Dəmir Qübbə sistemini yerləşdirib.

Saat 17:52 – Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, sionistlərin Qəzza zolağına hücumları nəticəsində şəhid olanların sayı 8-ə, yaralıların sayı isə 44-ə çatıb.

Saat 17:55 – Sionist ordusu Qəzza zolağında Fələstin adlı binaya hücumun videosunu yayımlayıb.

Saat 19:40 – Sionist rejim Qəzzə zolağı ətrafında 80 kilometrə qədər olan qəsəbələrdə fövqəladə vəziyyət elan edib və bu bölgələrin sakinlərinin hərəkəti məhdudlaşdırılıb.

Saat 20:12 – Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam taborlarının verdiyi açıqlamada şəhid “Təysir Əl-Cəəbəri”nin başçılıq etdiyi bir sıra Sərayəl-Qüds qüvvələrinin şəhid olması ilə bağlı başsağlığı verərkən, Fələstin xalqı və döyüşçülərinin qanlarının boşa getməyəcəyini vurğuladı və “Allahın köməyi ilə onların ahları işğalçıları tutacaq” dedi.

Saat 20:15 – Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds, Əbu Mahmud ləqəbli şəhid komandiri Təysir Əl-Cəəbərinin şəklini yayımlayıb.

Saat 20:16 – İbrani mediası “Haaretz” iddia edib ki, sionist rejim ordusu öz ehtiyat qüvvələrini çağırıb və Qolani briqadası və zirehli bölmənin qüvvələrini Qəzzanın sərhəd bölgələrinə köçürüb.

Saat 20:25 – İsrail ordusu Fələstin müqavimətinin cavab hücumlarından ehtiyat edərək işğal altındakı Oşdud şəhərində Dəmir Qübbə sistemlərini yerləşdirib.

Saat 20:24 – Sionist rejimin dronları Qəzza zolağının cənubunda yerləşən Rəfəh şəhərindəki hədəflərə hücum edib. Bu hücum zamanı bir neçə mülki şəxs yaralanaraq Rəfəh xəstəxanasına aparılıb.

Saat 20:30 – Sionist rejim ordusunun Qəzza zolağına bugünkü hücumu nəticəsində şəhid olan beş yaşlı fələstinli uşağın cəsədinin görüntüləri.

Saat 20:45 – İsrail ordusu Qəzza zolağında Fələstin müqavimətinin müşahidə qüllələrinə hücumun videosunu yayıb.

Saat 20:45 – Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, sionist rejim ordusunun Qəzza zolağına bugünkü hücumu nəticəsində şəhid olanların sayı 9 şəhid və 55 yaralıya çatıb.

Saat 20:45 – Fələstin müqavimət dəstələrinin müştərək əməliyyat otağı bir bəyanat dərc edərək elan etdi ki, biz sionist düşmənin Fələstin xalqına qarşı təcavüz və cinayətlərinə heç vaxt icazə verməyəcəyik və bu cinayətlər Fələstin xalqının iradəsini və müqavimətini zəiflədə bilməz. Müqavimət liderləri artıq toplaşıb və bütün müqavimət dəstələrinin iştirakı ilə vəziyyəti dəyərləndirirlər.

Saat 20:50 – İsrail ordusunun təyyarələri Qəzza şəhərinin şərqindəki hədəflərə hücum edib.

Saat 20:57 – Livan Hizbullahı bir bəyanatda sionist rejimin Qəzzə zolağına bugünkü hücumlarını qətiyyətlə pisləyib və bir neçə fələstinlinin şəhadətinə başsağlığı verib. Bu bəyanatın davamında bildirilir ki, biz sionist düşmənin davamlı cinayətlərinə cavab vermək üçün İslami Cihad liderlərinin bütün qərar və hərəkətlərini dəstəkləyirik.

Saat 21:02 – İsrail ordusu Qəzza zolağının şimalındakı əraziyə hücum edib.

Saat 21:14 – Qəzza Səhiyyə Nazirliyinin elanına əsasən, sionist rejim ordusunun Qəzza zolağına bugünkü hücumu nəticəsində şəhid olanların sayı 10 şəhid və 55 yaralıya çatıb.

Saat 21:19 – İsrail qırıcıları Qəzza zolağının cənubunda Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsə məxsus hərbi bazaya hücum edib.

Saat 21:40 – Təl-Əvivdə Müharibə Nazirliyinin qərargahında vəziyyətin müzakirəsi iclası başa çatdıqdan sonra baş nazir Yair Lapid və İsrailin müharibə naziri Benni Qantz Qəzzaya hücumların davam etdirilməsi əmrini verib.

Saat 22:26 – Fələstin müqavimət qüvvələrinin işğal olunmuş ərazilərə raket hücumu və Qəzzə ətrafındakı sionist yaşayış məntəqələrində həyəcan siqnalının çalınması

Saat 22:35 – Qəzza zolağından işğal olunmuş ərazilərə doğru raket atışları və Dəmir Qübbə sisteminin işə düşməsi anı.

Saat 22:41 – İraqın Hərəkətun-Nücəba və Hərəkətu-Əsaibi-Əhlil-Həqq müqavimət dəstələri Fələstin müqavimətçilərinə dəstək verdilər.

Saat 22:52 – Fələstin müqavimət dəstələri tərəfindən Qəzza zolağı ətrafındakı sionist yaşayış məntəqələrinə raket atışı.

Saat 22:45 – Sionist ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə hava zərbələri davam edir.

Saat 23:10 – Fələstin müqavimət dəstələrinin son yarım saatda işğal olunmuş ərazilərə doğru 107-yə yaxın raket atdığı bildirilir.

Saat 23:22 – Sionistlərin Sderot qəsəbəsində həyəcan siqnalı çalındı.

Saat 23:28 – Fələstin müqavimət dəstələri işğal altındakı Əsqəlan şəhərinin kənarlarını raket hücumu ilə hədəfə alıb.

Saat 23:49 – İsrail ordusunun qırıcıları Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdə Fələstin müqavimət dəstələrinə aid bazanı hədəfə alıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir